Şirvanşah
From Wikipedia, the free encyclopedia
Şirvanşah (fars. شروانشاه) – Şirvanşahlar dövlətinin hökmdarlarının daşıdığı rəsmi dövlət titulu. Mənbələrdə Şirvan hökmdarlarına şahlığın Sasanilərin hakimiyyəti zamanı verilməsi qeyd olunmuşdur.[1] Ümumilikdə Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş üç sülalədən – Məzyədilər, Kəsranilər və Dərbəndilər nəslindən olan hökmdarlar, eyni zamanda haqqlarında çox az məlumat qalmış, ərəb istilası dövründən əvvəlki Şirvanşahlar bu titulu daşımışlar. Son Şirvanşah nəsli olan Dərbəndilər, türk ənənəsinə uyğun olaraq Şirvanşah titulu ilə yanaşı "Sultan" və "Xaqan" titulları da daşımışlar.[2]
Bu məqalə titul haqqındadır. Sülələ üçün Şirvanşahlar səhifəsinə baxın. |