Şorlar
From Wikipedia, the free encyclopedia
Şorlar — Altay xalqları türk qrupunun hun qoluna mənsub xalq. Rusiya İmperatorluğu vaxtında şorlara Aba-Tura tatarları (rus. Кузнецкие татары) deyirdilər.
Dili |
---|
Şor dili (şorca) |
Dini |
Mənşəyi |
Türk |
Özlərini şor (şor kiji, şor adamı, şor kişisi, həmçinin, tatar kiji, tatar kişisi, tatar adamı)adlandırırlar. Onlar hazırda Rusiya Federasiyasında Qərbi Sibirin cənub-şərqində, əsasən cənubundakı Kemerovo dairəsində (Daşdaqol, Novokuznetski, Müjdureç, Mıskov, Osinnikov rayonlarında), eləcə də Xakasiya və Altay Respublikalarının rayonlarında yaşayırlar.
2002-ci ildə Rusiya FR - da 13.975 nəfər Şor siyahıya alınmış , bu zaman onlardan 11.554 nəfəri Kemerovskiy vilayətində , 1.078 nəfəri Xakasiya Respublikasında , 141 nəfəri Altay Respublikasında yaşamışdır .[1]
İki etnik qrupa bölünür: cənub (Dağlıq Şor) və şimal (abinlər).
Antropoloji quruluşlarına görə şorlar böyük monqoloid irqinin ural tipinə aid edilir.
Şorların əksəriyyəti şor dilində danışır.