Əhliman Əmiraslanov
akademik, millət vəkili. / From Wikipedia, the free encyclopedia
Əhliman Tapdıq oğlu Əmiraslanov (17 noyabr 1947, Zod, Basarkeçər rayonu) — Azərbaycan alimi, ictimai-siyasi xadim, cərrah–onkoloq,[1] tibb elmləri doktoru (1984), professor (1989), Azərbaycan Milli Elmlər Akademiyasının (2001)[1] və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi (2007–indi), SSRİ Dövlət Mükafatı (1986), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000)[2] və Azərbaycan Respublikasının "Şərəf" ordeni (2017), 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2022) laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991)[3], Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV (2010), V çağırış (2015) və VI çağırış (2020) deputatı, Azərbaycan Tibb Universitetinin rektoru (1992–2015), ATU Onkologiya kafedrasının müdiri[4] (1993–indi) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü[5] (18 iyul 2014–indi), Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri (2015 — indi), Yeni Azərbaycan Partiyasının üzvü.[6]
Əhliman Əmiraslanov | |
---|---|
Azərbaycan Tibb Universitetinin rektoru | |
1992 – 11 aprel 2016 | |
Əvvəlki | Yaqub Məmmədov |
Sonrakı | Gəray Gəraybəyli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 noyabr 1947(1947-11-17) (76 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | onkoloq, universitet müəllimi[d], cərrah, siyasətçi |
Atası | Tapdıq Əmiraslanov |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tibb, onkologiya |
Elmi dərəcəsi | tibb elmləri doktoru (1984) |
Elmi adı |
akademik (2001) professor (1989) |
Tanınır | cərrah–onkoloq[1] |
|
|
Təltifləri |
2017 2000 2022 1991 1986 |
Vikianbarda əlaqəli mediafayllar |