Əhməd Cavad
Azərbaycanlı şair, tərcüməçi, AYB-nin üzvü, professor, repressiya qurbanı / From Wikipedia, the free encyclopedia
Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 5 may 1892, Aşağı Seyfəli, Yelizavetpol qəzası – 12 oktyabr 1937, Bakı) — Azərbaycan şairi, tərcüməçi, AYB-nin üzvü (1934), professor (1933),[1] Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936)[2] Azərbaycan Respublikasının rəsmi dövlət himninin sözlərinin müəllifi böyük şairimiz Əhməd Cavaddır. Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.
Bu məqalənin giriş hissəsi yoxdur. |
Əhməd Cavad | |
---|---|
Doğum tarixi | 5 may 1892(1892-05-05) |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 1937(1937-10-12) (45 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşağı |
|
Təhsili | |
Fəaliyyəti | şair, tərcüməçi, redaktor, ədəbiyyat tənqidçisi |
Fəaliyyət illəri | 1916-cı ildən |
Əhməd Cavad Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[3]