Əliağa Şıxlinski
From Wikipedia, the free encyclopedia
Əli Ağa Şıxlinski (tam adı: Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski; 3 (15) mart 1863, Aşağı Salahlı, Tiflis quberniyası – 18 avqust 1943, Bakı) — Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı.
Cəld faktlar Əli Ağa Şıxlinski, Nazir ...
Əli Ağa Şıxlinski | |
---|---|
29 dekabr 1918 – 30 mart 1919 | |
Nazir | Səməd bəy Mehmandarov |
Əvvəlki | Səməd bəy Mehmandarov |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 (15) mart 1863 |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 1943(1943-08-18) (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | zabit, siyasətçi, hərbi qulluqçu |
Həyat yoldaşı | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü |
29-cu artilleriya briqadasının 5-ci batareyası 21-ci Artilleriya briqadasının 1-ci diviziyası 10-cu Ordu (Qərb Cəbhəsi) |
Döyüşlər |
1900-1901-ci il Çin hərbi yürüşü Rus-yapon müharibəsi Nanşan döyüşü Port-Arturun müdafiəsi Birinci Dünya Müharibəsi |
Rütbəsi |
Rusiya imperiyası ordusunda general-leytenant (2.04.1917), Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun artilleriya generalı (28.06.1919) |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Əliağa Şıxlinskiyə "Artilleriyanın Allahı" ləqəbini veriblər.[1][2] 1926-cı ildə Əliağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir.[3] Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur.