Əlirza Fərşi
Azərbaycanlı milli mədəni fəal. / From Wikipedia, the free encyclopedia
Əlirza Fərşi (az-əbcəd. الیرزا فرشی; 17 oktyabr 1978, Mərənd şəhristanı, Şərqi Azərbaycan ostanı) ― azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu.
Əlirza Fərşi | |
---|---|
Doğum tarixi | (45 yaş) |
Doğum yeri | Dizəc Yekan, Mərənd |
Milliyyəti | Azərbaycan türkü |
Təhsili |
Şərif Texnologiya Universiteti Tehran Universiteti |
Fəaliyyəti | aktivist |
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ilin fevral ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib[1]. Sonradan məhkəmənin qərarı ilə 15 il həbs[2] və Xuzistan vilayətinin Bağ Məlik şəhərində 2 il sürgündə yaşamağa məhkum edilib.
Fəaliyyətində heç bir cinayət tərkibi olmadığı üçün, eləcə də insan haqları və ana dili haqlarını müdafiə etdiyi üçün Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilib və bir sıra başqa təşkilat və qurumlarla birlikdə dərhal azad edilməsi tələb edilib[3].
O, həm də Cənubi Azərbaycanda müxtəlif bölgə və kəndlərə uşaqlar üçün kitab toplayıb onların çatdırılmasını təşkil edən Kəndimiz Fondunun qurucusudur[4].