Əlqul
From Wikipedia, the free encyclopedia
Əlqul — Persey bürcünün β ulduzudur. Əlqul ulduzu ilk və ən yaxşı bilinən tutulan qoşa ulduzdur. β Persey üç ulduzlu sistemdir, Aa1, Aa2 və Ab ibarət olan böyük və əsas parlaq β Persey Aa1 ulduzu nizamlı olaraq zəif parlaqlı β Persey Aa2 ulduzu tərəfindən tutulur. Onun parlaqlığı periodik olaraq artıb azalır. Beləliklə, Əlqul ulduzunun ulduz ölçüsü adətən 2,1 ətrafında sabit qalır, ancaq təxminən 10 saat davam edən qismən tutulmalar zamanı hər 2,86 gündə (2 gun, 20 saat 49 dəqiqə) 3,4 qiymətinə enir.
Cəld faktlar Müşahidə məlumatları (Dövr J2000.0), Məsafə ...
Ulduz | |||
Əlqul | |||
---|---|---|---|
Müşahidə məlumatları (Dövr J2000.0) |
|||
Məsafə | 93 ± 2 işıq ili | ||
Görünən ulduz ölçüsü (V) | 2,12[1] | ||
Bürc | Persey | ||
Astrometriya | |||
Radial sürət (Rv) | 3,7 ± 3,9 km/san[2] | ||
Parallaks (π) | 36,27 ± 1,4 mas[3] | ||
Mütləq böyüklük (V) | −0,15 | ||
Xüsusiyyətləri | |||
Ulduz təsnifatı | B8V[4][5][…] | ||
Orbit elementləri | |||
|
|||
Verilənlər bazasında məlumat | |||
SIMBAD | * bet Per | ||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Əlqul ulduzu tutulan dəyişən ulduz sinfinə aid edilir və Əlqul dəyişənləri kimi tanınır.