From Wikipedia, the free encyclopedia
Əmi Ağa oğlu Məmmədov (1922, Bakı – 26 mart 1944, Mikolayev) — Sovet İttifaqı Qəhrəmanı (1945).
Əmi Məmmədov 1922-ci ildə Bakı şəhərində anadan olub. Suraxanı RHK-dan 1941-ci ildə orduya çağırılmışdır[1].
Əmi Məmmədov Suxumi ətrafında ilk dəfə vuruşmaya girmiş və orada kəşfiyyatçı keyfiyyətlərinə malik olduğunu göstərmişdir. Nikolayev desantı əməliyyatı keçirilməzdən əvvəl o, artıq təcrübəli döyüşçü idi. Novorossiysk və Taqanroq yaxınlığındakı desant əməliyyatları Kerç, Mariupol, Feodosiya uğrunda döyüşlərdə iştirak etmiş, dəfələrlə yaralanmış, döyüş ordenlərinə və medallarına layiq görülmüşdür.
1944-cü ilin martında Nikolayevdə desantçıların faşistlərlə qeyri-bərabər döyüşündə həlak olmuş 67 nəfərə 1944-cü ilin aprelində Sovet İttifaqı Qəhrəmanı adı verildi. 55 nəfər dəniz piyadasından, 10 nəfər istehkamçıdan və 2 nəfər radisdən ibarət olan Nikolayev desantının iştirakçılarının soyadları dəqiqləşdirərkən 4 nəfər bakılı olduğu müəyyənləşdirildi: Əzizbəyov rayonundakı (Xəzər rayonu) neft trestində nəqliyyat sexinin şoferi Əmi Ağa oğlu Məmmədov, Paris Kommunası adına zavodun dəmirçisi Pavel Osipov, Suraxanı neftçisi Nikolay Petruxin və Bakıdakı 4-cü dəyirmanın yükvuranı Mixail Xakimov. Həmyerlilər arasında Pavel başçı, Əmi ən cürətli, Mixail ən güclü, Petruxin ən müdrik adam sayılırdılar.[2]
26 mart 1944-cü ildə Ukrayna Respublikasının Nikolayev şəhərində həlak olub və orada dəfn edilmişdir.
Ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 20 aprel tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Yeni Suraxanı qəsəbəsindəki 101 saylı orta məktəb Əmi Məmmədovun adını daşıyır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.