Ərəb Universitetləri Assosiasiyası
From Wikipedia, the free encyclopedia
Ərəb Universitetləri Assosiasiyası (ərəb. إتحاد الجامعات العربية) və ya Ərəb Universitetləri Birliyi (ərəb. تحاد الجامعات العربية), qısaca: AArU — Ərəb Dövlətləri Liqası çərçivəsində fəaliyyət göstərən ərəb ölkələri universitetlərinin birliyi. Bu qurum müstəqil hüquqi xarakter daşıyır qeyri-hökumət təşkilatıdır. Mənzil-qərargahı İordaniyanın paytaxtı Əmman şəhərində yerləşir.