Əzimcan Əskərov
qırğızıstanlı siyasi fəal / From Wikipedia, the free encyclopedia
Əzimcan Əskərov (özb. Azimjon Asqarov, Азимжон Асқаров; 17 may 1951, Bazar-Korqon[d], Qırğızıstan SSR, SSRİ – 25 iyul 2020[1], Bişkek) — polis zorakılığını araşdırmaq üçün 2002-ci ildə "Vozdux" qrupunun əsasını qoymuş özbək əsilli[2] qırğızıstanlı siyasi fəal. Əsasən milliyətcə özbək olan əhaliyə yönəlmiş 2010-cu il Cənubi Qırğızıstan etnik toqquşmalarında Əskərov vəhşiliyi sənədləşdirməyə çalışmışdır.[3]
Əzimcan Əskərov | |
---|---|
özb. Azimjon Asqarov | |
Doğum tarixi | 17 may 1951(1951-05-17) |
Doğum yeri |
|
Vəfat tarixi | 25 iyul 2020(2020-07-25)[1] (69 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Özbək |
İxtisası | Jurnalist |
Fəaliyyəti | jurnalist, insan hüquqları fəalı |
Tanınır | İnsan hüquqları aktivisti, iddiaya görə siyasi məhbus |
Mükafatları |
Homo Homini mükafatı (2011) CPJ Beynəlxalq Mətbuat Azadlığı Mükafatı (2012) İnsan Hüquqları Müdafiçəisi (2015) |
Vikianbarda əlaqəli mediafayllar |
O, bunun ardınca həbs edildi və kütləvi narahatlıq yaratma, etnik nifrətə təhrik etmə və qətldə iştirak etmə maddələri ilə ittiham edildi.[4] Beynəlxalq insan hüquqları qruplarının qanunsuzluqlar — iddiaya görə işgəncə vermə və məhkəmə zalında şahidlərə polis tərəfindən hədə-qorxu gəlinməsi səbəbindən məhkəmə prosesinə etiraz etməsindən sonra Əskərova ömürlük həbz cəzası verildi.[2] 2010-cu ilin noyabrında həbsi nəticəsində Əskərovun səhhətinin sürətli şəkildə pisləşdiyi bildirildi. "Human Rights Watch", "Reporters Without Borders", "People In Need", "Committee to Protect Journalists" və "Amnesty International" daxil olmaqla, çox sayda təşkilat onu müdafiə etdi və "Amnesty International" onun vicdan məhbusu olduğunu bildirdi.[5]
ABŞ 2015-ci ildə 2014 İnsan Hüquqları Müdafiəçisi Mükafatını Əskərova verdi. Qırğızıstan hökuməti bu qərara etiraz etdi və ABŞ və Qırğızıstan arasında əməkdaşlıq haqqında imzalanan 1993-cü il razılaşmasını ləğv etdi.[6] 2016-cı ilin 12 iyulun Qırğızıstan Ali Məhkəməsi Əskərovun ömürlük həbsini ləğv etdi və işə yenidən baxılması üçün Çui Vilayət məhkəməsinə göndərdi.[7] O, 24 yanvar 2017-ci ildə yenidən ömürlük həbsə məhkum edildi. 2017-ci ildə Qırğızıstan Cinayət Məcəlləsindəki dəyişikliklərdən sonra, hansı ki 2019-cu ildə qüvvəyə minmişdi, Əskərovun vəkilləri onun məhbusluğuna yenidən baxılması üçün müraciət etdi. Ancaq 2019-cu il 30 iyul tarixində Çui regional məhkəməsi Əskərovun ömürlük həbsini dəyişdirmədi. O, 2020-ci ilin iyulunda həbsdə öldü.