İmam Əli məscidi
From Wikipedia, the free encyclopedia
İmam Əli məscidi — şiələrin ilk imamı, sünnilərin isə 4-cü xəlifəsi olan imam Əlinin Nəcəf şəhərində olan türbəsi.[1] Əli bin Əbutalib 40-cı hicri qəməri ilində Əbdürrəhman bin Mülcəm (ərəb. عبد الرحمن بن ملجم) əliylə öldürülüb[2][3][4] Kufə şəhərinin arxasında dəfn olunub və öz vəsiyyətinə əsasən qəbri gizli saxlanıldı. 2-ci hicri qəməri yüzilliyində Harun ər-Rəşid zamanında türbənin yeri bəllənmişdir. şiələrin inancına görə Adəm və Həvvanin qəbri Əli bin Əbutalibin qəbri yanındadır.[5][6]
Bu məqalə Nəcəf şəhərində yerləşən və İmam Əlinin dəfn olunduğu məscid haqqındadır. Digər məscidlər üçün İmam Əli məscidi (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Cəld faktlar Ölkə, Şəhər ...
İmam Əli məscidi | |
---|---|
ərəb. حرم الإمام علي | |
31°59′46″ şm. e. 44°18′51″ ş. u. | |
Ölkə | İraq |
Şəhər | Nəcəf |
Yerləşir | Nəcəf |
Tikilmə tarixi | 977 |
Üslubu | İslam memarlığı |
Vəziyyəti | stabil |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla