İsrail
Yaxın Şərqdə yerləşən dövlət / From Wikipedia, the free encyclopedia
İsrail (ivr. יִשְׂרָאֵל; ərəb. إِسْرَائِيل) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. מְדִינַת יִשְׂרָאֵל, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9.136.000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir.[6] Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.[7][8] Dövlətin iqtisadi və texnoloji mərkəzi Təl-Əviv,[9] hökumətin mərkəzi və elan edilmiş paytaxtı Yerusəlimdür. Lakin dövlətin Yerusəlim üzərində suverenliyinin tanınması məhduddur.[10][11][12][13][Qeyd 2]
İsrail | |||||
---|---|---|---|---|---|
מְדִינַת יִשְׂרָאֵל (İvrit) دَوْلَة إِسْرَائِيل (Ərəb) | |||||
| |||||
Tarixi | |||||
• Fələstin mandatlığının yaranması | 25 aprel 1920 | ||||
• Müstəqilliyin əldə edilməsi | 14 may 1948 | ||||
• Birləşmiş Millətlər Təşkilatına qəbul | 11 may 1949 | ||||
• İsrailin əsas qanunlarının qəbulu | 1 oktyabr 1958 | ||||
Rəsmi dilləri |
|
||||
Paytaxt | Yerusəlim | ||||
İdarəetmə forması | Unitar parlament respublikası | ||||
Prezident | İsaak Herzoq | ||||
Baş nazir | Benyamin Netanyahu | ||||
Knesset spikeri | Əmir Ohana | ||||
İsrail Ali Məhkəməsinin Baş Hakimi | Ester Hayut | ||||
Sahəsi | Dünyada 149-cu | ||||
• Ümumi | 20,770-22,072 km² km² | ||||
• Su sahəsi (%) | 2.71 | ||||
Əhalisi | |||||
• Əhali | 9,730,400[1][Qeyd 1] nəfər (91-ci) | ||||
• Siyahıyaalma (2008) | 7,412,200[4][Qeyd 1] nəf. | ||||
• Sıxlıq | 441 nəf./km² (29-cu) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $533.9 milyard dollar (48-ci) | ||||
• Adambaşına | ▲ $55,540 dollar (29-cu) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▲ $539.2 milyard dollar (29-cu) | ||||
• Adambaşına | ▲ $55,535 dollar (13-cü) | ||||
İİİ (2018) | 0.919 (artım; 22-ci) | ||||
Demonim | İsrailli | ||||
Valyuta | Yeni İsrail şekeli | ||||
İnternet domeni | .il | ||||
ISO kodu | IL | ||||
BOK kodu | ISR | ||||
Telefon kodu | +972 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][5] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İsrail torpağı Afrika xaricindəki ilk hominidlərin köç nöqtələrindən biri olmuşdur.[17] Kənan qəbilələri bu bölgədə Orta Tunc dövründən yaşamış,[18][19] İsrail Krallığı və Yəhudi Krallığı dəmir dövründə qurulmuşdur.[20][21] E.ə. 720-ci ildə Yeni Assuriya İmperiyasının yaranması ilə İsrail Krallığı süquta uğramışdır.[22] Yəhudi Krallığı, sırasıyla Babil, Fars və Yunan imperiyaları tərəfindən işğal edilmiş, lakin muxtar statusu olan yəhudiliyi qoruyub saxlamışdır.[23][24] Məkkəbi üsyanı nəticəsində e.ə. 110-cu ildə Haşmoneyi Krallığı qurulsa da,[25] əvvəlcə e.ə. 63-cü ildə Roma Respublikasının vassal dövləti olmuş, daha sonra e.ə. 37-ci ildə Herod xanədanlığı mərkəzi hökmdar olaraq təyin edilmiş, e.ə 6-cı ildə isə Yəhudiyyə adı altında Roma İmperiyasının vilayəti olaraq yenidən qurulmuşdur.[26] Yəhudiyyə uzun müddət Roma İmperiyasının vilayəti olaraq qalmış,[25] lakin üsyanlar nəticəsində Roma hökmdarları şəhəri atəşə vermiş, yəhudilər qovulmuş və bölgənin adı Suriya Fələstini olaraq dəyişdirilmişdir.[25][27][28] Sonradan bölgədəki yəhudilərin varlığı əsrlər boyu müəyyən dərəcədə davam etmişdir. Eramızın VII əsrində Levant, ərəblər tərəfindən Bizans İmperiyasından alınmış və bölgədəki ərəb hökmranlığı 1099-cu il Birinci Səlib yürüşünə qədər davam etmişdir. 1187-ci ildə Əyyubilərlə birlikdə müsəlmanlar yenidən bölgəyə hakim olmuş, XIII əsrdə məmlüklər Misirdən bu bölgəyə qədər olan əraziləri öz torpaqlarına qatmışdır. 1517-ci ildə Məmlüklər, Osmanlı İmperiyası tərəfindən məğlub edilmiş və bu bölgədəki Osmanlı hökmranlığı, imperiyanın Birinci Dünya Müharibəsində dağılmasına qədər davam etmişdir.[29][30] XIX əsrdə, milli yəhudi oyanışı ilə yəhudi diasporunda sionist hərəkat meydana gəlmiş, Osmanlı Suriyası və Fələstin mandatına yəhudilərin sürətli köçü baş tutmuşdur.[31][32][33]
1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanmış paylaşma planı ilə bölgədə müstəqil ərəb və yəhudi dövlətləri ilə birlikdə beynəlxalq Qüds rəhbərliyinin qurulması istənildi.[34][35] Ərəb liderləri rədd etsə də, Yəhudi Agentliyi bu planı qəbul etdi.[36] Növbəti il Yəhudi Agentliyi İsrail Dövlətinin müstəqilliyini elan etdi və 1948-ci il Ərəb-İsrail müharibəsi nəticəsində İsrail keçmiş Fələstin Mandat ərazisinin əksəriyyətini əlində saxlamağa nail olsa da qonşu ərəb ölkələri isə İordan çayının qərb sahili və Qəzzəni ələ keçirmiş oldu.[37][38] Bu müharibədən sonra İsrail və ərəb ölkələri arasında bir çox müharibələr baş tutdu. 1967-ci ildəki altı günlük müharibədən sonra İsrail İordan çayının qərb sahili, Qəzzə zolağı və Qolan təpələrini ələ keçirmiş oldu.[39][40][41][Qeyd 3] Şərqi Yerusəlim və Qolan təpələrində hakimiyyəti ələ keçirsə də, İordan çayının qərb sahilində uğursuzluq yaşandı.[46][47][48][49] İsrailin Fələstin torpaqlarının işğalı müasir dövrün ən uzun müddətli işğallarından biridir.[42][43][44] İsrail-Fələstin münaqişəsinə beynəlxalq səviyyədə son qoyma səyləri daim uğursuzluqla nəticələnsə də, İsrail ilə Misir və İordaniya arasında sülh müqavilələri imzalanmışdır.[45]
Müstəqillik bəyannaməsinə görə İsrail müstəqil bir yəhudi dövlətidir.[50] İsrail, eyni zamanda yəhudilərlə yanaşı, bütün etnik qrupların din, dil və irqdən asılı olmayaraq bərabər hüquqlara sahib olduğu çoxmillətli və demokratik bir dövlətdir.[51][52] İsrail əhəmiyyətli etno-mədəni müxtəlifliyi ilə seçilir.[53][54] Ölkənin əhalisinin əsas hissəsini 6.772.000 nəfər ilə yəhudilər (74.1%), 1.916.000 nəfər ilə ərəblər (21%), 448.000 nəfər ilə digər millətlər təşkil edir.[55][56] İsrail inkişaf etmiş bir ölkədir və İƏİT üzvüdür. Nominal ÜDM dəyərlərinə görə dünyanın ən böyük 31-ci iqtisadiyyatına sahibdir və hazırda münaqişə vəziyyətində olan ən inkişaf etmiş ölkələrdən biridir.[57] Yaxın Şərqdə yaşayış standartları,[58] ali təhsilli vətəndaşların nisbəti,[59] araşdırma və inkişaf xərclərinin ÜDM-də nisbəti,[60] qadınların təhlükəsizliyi,[61] ömür müddəti,[62] innovativlik və xoşbəxtlik baxımından ilk sıradadır.[63][64]