Ərəblər
xalq / From Wikipedia, the free encyclopedia
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir.[1] Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.[2]
Bu məqalə Ərəb xalqı haqqındadır. Digər mənalar üçün Ərəblər (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Filip Ərəb • İoan Dəməşqli • Əl-Kindi • Əl-Xansa • I Feysal • Camal Əbdül Nasir • Əsməxan • Mey Ziad |
Ümumi sayı |
---|
354 503 000[1] |
Dili |
Dini |
İslam, kiçik hissəsi isə – Xristianlıq |
Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır.