2002 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2002 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2002; fr. Concours Eurovision de la chanson 2002) — sayca 47-ci Avroviziya Mahnı Müsabiqəsidir. Tanel Padar, Deyv Benton və 2XL qrupunun ifa etdikləri "Everybody" adlı mahnı ilə 2001 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2002-ci ildə Estoniya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Estoniyanın paytaxtı Tallin şəhərində Saku Suurhall arenasında keçirilmişdir. Müsabiqə 2002-ci ilin 25 may tarixində baş tutmuşdur.
2002 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 25 may 2002 |
Aparıcı(lar) | Anneli Peebo Marko Matvere |
Kanal | ETV |
Keçirilən yer | Saku Suurhall, Tallin, Estoniya |
Qalib mahnı | Latviya "I Wanna" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti və ya SMS səsverməsi ən çox səs toplayan on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 24 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Avstriya Belçika Finlandiya İsveçrə Kipr Makedoniya Rumıniya |
İştirakdan imtina edən ölkələr | İrlandiya İslandiya Niderland Norveç Polşa Portuqaliya |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2001 2003 ► |
2002-ci ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş altı ölkə İrlandiya, İslandiya, Niderland, Norveç, Polşa və Portuqaliya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə Avstriya, Belçika, Finlandiya, İsveçrə, Kipr, Makedoniya və Rumıniya əvəz etmişdir. Bu ölkələrin hər biri bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır. Ümumilikdə 24 ölkənin iştirak etdiyi Avroviziya 2002-də Latviya təmsilçisi Marie N ifa etdiyi "I Wanna" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu 2000-ci ildən etibarən Avroviziyada iştirak edən Latviyanın müsabiqədə ilk qələbəsi idi.