Zəfər Günü (Türkiyə)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Zəfər Günü.
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram.
Cəld faktlar 30 Avqust Qələbə Günü, Rəsmi adı ...
30 Avqust Qələbə Günü | |
---|---|
Rəsmi adı | 30 Ağustos Zafer Bayramı |
Ölkə | |
Qeyd olunmağa başlayıb | 1926[1] |
Həsr olunub | Dumlupınar döyüşü[2] |
Başlayır | 30 Avqust, 1922-ci ildən bəri |
Tarix | 30 avqust |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır.