Şimali Kipr Türk Respublikası
From Wikipedia, the free encyclopedia
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur.
Şimali Kipr | |||||
---|---|---|---|---|---|
Kuzey Kıbrıs Türk Cumhuriyeti (Türk) | |||||
| |||||
Tarixi | |||||
• Kipr Sülh Hərəkatı | 20 iyul 1974 | ||||
• Kipr Muxtar Türk idarəsi | 1 oktyabr 1974 | ||||
• Kipr Türk Federativ Dövləti | 13 fevral 1975 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt |
Şimali Nikosiya 35°10′37″ şm. e. 33°21′48″ ş. u. |
||||
İdarəetmə forması | Unitar yarı prezident respublikası | ||||
Prezident | Ərsin Tatar | ||||
Baş nazir | Ünal Üstel | ||||
Sahəsi | |||||
• Ümumi | 3.355 km2 km² | ||||
• Su sahəsi (%) | 2.7% | ||||
Əhalisi | |||||
• Əhali | 326.542[1] nəfər | ||||
• Sıxlıq | 86 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $4.234 milyard[2] dollar | ||||
• Adambaşına | $14,942[2] dollar | ||||
Demonim | Kipr türkü | ||||
Valyuta | Türk lirəsi | ||||
İnternet domeni | .tr | ||||
Telefon kodu | +90[3] | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir. Adanın cənub sahilində Aetokremnos, qərb sahilində isə Akamas bölgələrində aparılan arxeoloji qazıntılar zamanı burada yaşayan ovçu icmalarından ibarət ilk insanların neolit dövründə məskunlaşdığı məlum olmuşdur. Mədəni inkişaf və ticarət səbəbilə çiçəklənən iqtisadiyyat bir tərəfdən Kipr üçün sərfəli olsa da, adanın kifayət qədər müdafiəsiz olması, sərvətindən istifadə etmək istəyən güclü qonşuları cəlb etmişdir. Ada Roma, Bizans və Osmanlı İmperiyasının tabeliyi altında qalmış, dəniz quldurlarının hücumlarına məruz qalmışdır. 1970-ci illərin əvvələrində türklərə qarşı irqçiliyin genişlənməsi və Yunanıstanın işğalçılıq planları Türkiyənin ordusunu bu ərazilərə yeritməyə və müstəqil bir respublika elan etməsinə səbəb olmuşdur, lakin Şimali Kipr Türk Respublikasının qurulması, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası da daxil olmaqla Kipr Respublikası, Yunanıstan və bir çox başqa dövlətlərin mənfi reaksiyalarına səbəb olmuşdur. Kipr münaqişəsinə həll yolu tapmaq cəhdlərinin bir çoxu uğursuzluqla nəticələnmişdir. Hal-hazırda Şimali Kiprdə Türkiyə Silahlı Qüvvələrinə məxsus əsgərlərinin yerləşdirilməsi bu münaqişə həlli yolunu daha da ləngidir. Mövcudluğu Şimali Kipr hökuməti tərəfindən dəstəklənsə də, Kipr Respublikası da daxil olmaqla bütövlükdə Avropa Birliyi və beynəlxalq ictimaiyyət tərəfindən işğal olaraq qiymətləndirilir və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində bu işğalçılıq pislənilir. Şimali Kipr beynəlxalq cəmiyyət tərəfindən rəsmən tanınmadığı üçün iqtisadiyyat, nəqliyyat və idman kimi bir çox aparıcı sahələrdə embarqolar tətbiq olunur.
Şimali Kipr, müxtəlif sivilizasiyaları özündə cəmləşdirən mədəni irsə məxsus, xidmət sektorunun üstünlük təşkil etdiyi iqtisadiyyata malik yarı prezident demokratik respublikasıdır. İqtisadiyyat 2000 və 2010-cu illərdə sürətlə böyüməyə başlamış, adambaşına düşən ÜDM gəliri üç dəfədən çox artmışdır. Tətbiq olunan embarqolarla əlaqədər olaraq iqtisadiyyat baxımından Türkiyədən asılı hala gəlmişdir. Rəsmi dil türk dilidir, lakin müxtəlif bölgələrdə fərqli yerli ləhcələrdən də istifadə olunur. Əhalinin böyük əksəriyyəti sünni müsəlmanlardan ibarətdir. Şimali Kipr dünyəvi dövlətdir və bütün din nümayəndəçilərinə azadlıq təqdim olunur. Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir.