Another
From Wikipedia, the free encyclopedia
Another (アナザー, Anazā?, azərb. Başqa) — Yukito Ayatsuci tərəfindən yazılmış və 29 oktyabr 2009-cu ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunmuş Yaponiya müəmma romanı. Roman Yomiyama Orta Məktəbinə keçən Koyçi Sakakibara adlı şagirdin Mey Misaki adlı qəribə qızla rastlaşmasından, yeni sinfinin lənətli olmasından və dəhşətli ölümlərlə üzləşməsindən bəhs edir.
Another | |
| |
アナザー (Anazā) azərb. Başqa | |
---|---|
Janr | qorxu, müəmma |
Manqa | |
Manqaka | Yukito Ayatsuci |
Nəşriyyat | Kadokawa Shoten |
Nəşr tarixi | 29 oktyabr 2009 |
Manqa | |
Yazıçı | Yukito Ayatsuci |
Rəssam | Hiro Kiyohara |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | Seynen |
Nəşr tarixi | may 2010 — yanvar 2012 |
Cildlər | 5 |
Anime | |
Rejissor | Tsutomu Mizuşima |
Ssenarist | Ryo Hiqaki |
Bəstəkar | Ko Otani |
Studiya | P.A. Works |
Digər lisenziyalar | AVA Hanabee Sentai Filmworks MVM Films |
Kanal | KNB, KBS, Tokyo MX, CTC |
Digər kanallar | Anime Network |
Buraxılış tarixi | 10 yanvar 2012 – 27 mart 2012 |
Vaxt | 24 dəq. |
Seriyalar | 12 (seriya siyahısı) |
Anime | |
The Other -Karma- | |
Rejissor | Tsutomu Mizuşima |
Ssenarist | Ryo Hiqaki |
Bəstəkar | Ko Otani |
Studiya | P.A. Works |
Anime | |
Rejissor | Takeşi Furusava |
Ssenarist | Saçiko Tanaka |
Manqa | |
Another: Episode S | |
Manqaka | Yukito Ayatsuci |
Nəşriyyat | Kadokawa Shoten |
Nəşr tarixi | 31 iyul 2013 |
![]() |
Hiro Kiyohara tərəfindən hazırlanmış manqa adaptasiyası 2010-cu ilin mayından 2012-ci ilin yanvarına qədər Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında nəşr olunmuşdur. Həm roman, həm manqa Şimali Amerika üçün Yen Press tərəfindən lisenziyalaşdırılmışdır. P.A. Works studiyası tərəfindən istehsal olunmuş 12 seriyadan etibarən anime serialı adaptasiyası Yaponiyada 10 yanvar 2012-ci ildən 27 mart 2012-ci ilə kimi göstərilmişdir. 26 may 2012-ci ildə OVA seriyası istehsal olunmuşdur. 4 avqust 2012-ci ildə isə roman əsasında çəkilmiş bədii film göstərilməyə başlamışdır.