![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2f/Marie_de_hongrie_1520.jpg/640px-Marie_de_hongrie_1520.jpg&w=640&q=50)
Avstriyalı Mariya (Macarıstan və Bohemiya kraliçası)
From Wikipedia, the free encyclopedia
Avstriyalı Mariya (alm. Maria von Ungarn) (15 sentyabr 1505[1] və ya 17 sentyabr 1505, Brüssel[d] – 18 oktyabr 1558[1][2][…]) — Macarıstan və Bohemiya kraliçası, Habsburqların Hollandiyadakı hakimi.
Avstriyalı Mariya | |
---|---|
alm. Maria von Ungarn | |
![]() | |
Əvvəlki | Foks-Kandallı Anna |
Sonrakı | Bohemiyalı Anna |
Habsburq Niderlandiyasının naibəsi | |
Əvvəlki | Avstriyalı Marqarita |
Sonrakı | Emanuel Filibert |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1505(1505-09-15)[1] və ya 17 sentyabr 1505 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 oktyabr 1558(1558-10-18)[1][2][…] (53 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | Regent |
Atası | I Filip (Kastiliya kralı) |
Anası | Kastiliyalı I Yuanna |
Həyat yoldaşı |
|
Ailəsi | Habsburqlar sülaləsi |
Dini | xristianlıq |
|
|
![]() |
|
![]() |
Kastiliya kraliçası Yuannanın qızı idi və 1515-ci ildə Macarıstan-Bohemiya kralı II Vladislavın oğlu Lüdoviklə evləndirildi. Xoşbəxt ancaq qısa çəkən evliliyi boyunca övladı olmadı. Belə ki, əri olan II Layoş Moxac döyüşündə Osmanlı sultanı Sultan Süleyman tərəfindən məğlub edilərək öldürüldü. Ərinin ölümündən sonra yeni kral olan qardaşı I Ferdinandın adına naibə olaraq Macarıstanı idarə etdi.
1530-cu ildə bibisi Marqaritanın vəfatının ardından, qardaşı V Karl onu Hollandiyanın idarəsinə dəvət etdi. Beləcə, həm bu torpaqlar Habsburq idarəsində qalacaq, həm də vaxtilə vəfat edən bacıları İzabellanın qızları Doroteya və Kristina öz xalaları tərəfindən himayə ediləcəkdi. Bu təklifi qəbul edən Mariya bölgəyə gəldi və burada üsyanlarla qarşılaşdı. Vəzifəsi boyunca imperator qardaşı və Fransa kralı arasında vasitəçi rolunu oynadı. Bu vəzifəsindən narazı idi və hətta bir neçə dəfə istehfa vermişdi. Buna baxmayaraq, bölgə onun idarəsi dövründə həm Fransadan, həm də Müqəddəs Roma imperiyasından muxtariyyət qazanmışdı. Sonuncu istehfasından sonra səhhəti pisləşən Mariya Kastilyaya geri döndü və burada vəfat etdi.