Böyük Zab çayı üzərində döyüş
From Wikipedia, the free encyclopedia
Böyük Zab çayı üzərində döyüş (ərəb. معركة الزاب) — 25 yanvar 750-ci ildə, Üçüncü fitnə əsnasında indiki İraqda, Böyük Zab çayının sahilində Əməvilər və Abbasilər arasında döyüş. Abbasilərin qələbəsi Əməvi xilafətinə son qoymuş və Abbasilər xilafətinin başlanğıcı olmuşdur.