Cəmi ət-Təvarix
From Wikipedia, the free encyclopedia
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu [1]
Cəmi ət-Təvarix | |
---|---|
مجموعه تاريخ/جامع التواريخ | |
| |
Janr | tarixi |
Müəllif | Fəzlullah Rəşidəddin |
Orijinal dili | ərəb |
Yazılma ili | XIII-XIV əsrlər |
Nəşr ili | XIV əsr |
Tərcümə | fars, Azərbaycan, türk, ingilis , alman və bir çox dillərə |
Vikianbarda əlaqəli mediafayllar |
Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi.
Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir. Onun yarısı günümüzə qədər gəlib çatmamışdır. Lakin bu nüsxənin 59 vərəqdən ibarət 2-ci cildi hal-hazırda Xəlili İncəsənət Kolleksiyasında saxlanılır. Bir digər 151 vərəqdən ibarət eyni cildli başqa bir nüsxə isə Edinburq Universiteti Kitabxanasındadır.
İstanbuldakı Topqapı Sarayı Kitabxanasında birinci nəsil əlyazmalardan iki farsca nüsxə günümüzə qədər gəlib çatmışdır. Erkən illüstrasiyalı bu nüsxələr Elxani sənətinin sağ qalmış ən mühüm nümunələrindən biri hesab olunur və fars miniatürünün erkən nümunələrinin günümüzə qədər gəlib çatmış ən böyük toplusudur.[2]