From Wikipedia, the free encyclopedia
Ceyms Çadvik (20 oktyabr 1891[1][2][…] – 24 iyul 1974[3][1][…], Kembric) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1927). Nobel mükafatı laureatı (1935). Ernest Rezerfordun şagirdi.[7]
Ceyms Çadvik | |
---|---|
ing. James Chadwick | |
Doğum tarixi | 20 oktyabr 1891[1][2][…] |
Vəfat tarixi | 24 iyul 1974[3][1][…] (82 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fizika, Neytron[4], Radioaktivlik[4] |
Elmi dərəcələri |
|
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Ernest Rezerford |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mançester və Kembric universitetlərini bitirmişdir. Kembric Universitetində dərs demiş və Kavendiş laboratoriyasının direktor müavini (1923– 35), Liverpul Universitetinin professoru (1935–48) olmuşdur. Əsas işləri atom nüvəsi fizikasına aiddir. 1914-cü ildə beta-şüalanmanın kəsilməz enerji spektrini kəşf etmişdir. İlk işləri radioaktivliyə həsr olunmuşdur.[7]
1920-ci ildə eksperimental olaraq nüvənin yükünün elementin sıra nömrəsinə bərabər olmasını təsdiq etmişdir. Alfa-zərrəciklərin təsiri altında elementlərin çevrilməsini (Ernest Rezerfordla birlikdə) və qamma-kvantlarla elektron-pozitron cütünün əmələ gəlməsini öyrənmişdir (P. Blekket və C. Ok kialini ilə birlikdə). Çedvikin ən böyük xidmətlərindən biri, berillium hədəfi alfa-hissəciklər seli ilə şüalandırarkən neytronu kəşf etməsidir (1932). 1934–35-ci illərdə əməkdaşı M. Qoldhaberlə birlikdə qamma-kvantların təsiri altında deytronun neytron və protona fotodissosiasiyasına aid təcrübələr qoymuşdur. 1943–45-ci illərdə Los-Alamos (ABŞ) laboratoriyasında atom bombasının layihəsi üzərində işləyən ingilis alimləri qrupuna rəhbərlik etmişdir.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.