![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/48/Dubai_new_developments.png/640px-Dubai_new_developments.png&w=640&q=50)
Dünya adaları
From Wikipedia, the free encyclopedia
Dünya adaları (ərəb. جزر العالم) və ya The World — Dubay əmirliyinə aid məhəlli sularında süni şəkildə yaradılmış, quş baxışı olaraq yer kürəsini xatırladan süni arxipelaq. Adalar sahildən 4 km aralıda yerləşir[1]. Dünya adaları inzibati cəhətdən Dubay əmirliyi ərazisinə daxildir və Palma adalarının yaxınlığında salınmışdır. Adalar əsasən şelf dayazlığında yerləşən qumlardan təşkil olunmuşdur.
Cəld faktlar Ümumi məlumatlar, Adaların sayı ...
Dünya adaları | |
---|---|
ərəb. جزر العالم | |
![]() | |
Ümumi məlumatlar | |
Adaların sayı | 303 |
Ümumi sahəsi | 55 km² |
Hündür nöqtəsi | 4 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
25°14′00″ şm. e. 55°10′00″ ş. u. | |
Ölkə |
![]() |
Akvatoriya | |
![]() |
Bağla
The World layihəsinin təşəbbüskarı Nakheel[2] şirkəti olmuşdur. Dünya adalarının yaradəlması ideyası vəliəhd və BƏƏ Müdafiə naziri şeyx Məhəmməd ibn Rəşid əl-Məktum[3] olmuşdur.
Gələcəkdə arxipelaqın sahəsini yeni adaların hesabına artırmaq düşünülür.