From Wikipedia, the free encyclopedia
Femisto (yun. Θεμιστώ) və ya Yupiter XVIII — Yupiterin kiçik peyklərindən biri. 1975-ci ildə kəşf edilsə də, itmiş və 2000-ci ildə yenidən kəşf edilmişdir.
Kəşf tarixi | 30 sentyabr 1975, 21 noyabr 2000 |
---|---|
Böyük yarımoxu | 7.393.220 km |
Əyilməsi | 0,79 radian |
Nəyin peykidir | Yupiter |
Özünə xas ekssentrisitet | 0,2006 |
Kütləsi | 690 petagram[1] |
0,0029 metre per square second | |
Albedo | 0,04 |
Temperatur | 124 K |
Görünən ulduz həcmi | 21 |
Femisto birinci dəfə 30 sentyabr 1975-ci ildə[2] Elizabet Romer və Çarlz Koval tərəfindən kəşf edilmiş və bu kəşf 3 oktyabrda açıqlanmışdır. Peyk ilk olaraq S/1975 J 1 adlandırılmışdır. Amma bu peykin ətraflı öyrənilməməsi səbəbi ilə peyk astronomların gözündən itmişdir.
1980-ci illərdə Femisto ancaq astronomiya kitablarının qeyd bölməsində yer alırdı. Daha sonra 2000-ci ildə bu peykə çox bənzər bir peyk Skott Steppard, Devid Cevit, Yevqen Maqner və Yanqa Fernandes tərəfindən kəşf edilmişdir. Bu peyk S/2000 J 1 adlandırılmışdır. Amma sonra bunun 1975-ci ildə kəşf edilən peyk olduğu təsdiqlənmişdir.[3] Bu müşahidə Bret Qledman, Con Keyvlaars, Cin-Mark Petit, Hanz Skul, Metyu Holmen, Brayan Marsden, Filip Nikolson və Cozef Borns tərəfindən aparılmış və bu haqda Kiçik Planet Mərkəzinə məlumat verilmişdir.[4]
2002-ci ilin oktyabrında peykə yunan mifologiyasında Zevsin (Yupiterin) sevgilisi və yağış tanrısı İnaxın qızı Femistonun adı verilmişdir.[5]
Femistonun orbiti Yupiterin digər peyklərindəkindən fərqlidir. Femisto öz orbitində tək başına hərəkət edir. Peyk Yupiterin Qaliley peykləri ilə Himali peykləri arasında yerləşir.
Femistonun diametri cəmi 8 km-dir, albedosu isə 0.04-dür.[6] Səth sahəsinin 200–380 km2 arasında olduğu güman olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.