From Wikipedia, the free encyclopedia
Firuzabad şəhristanı (fars. شهرستان فیروزآباد) — İranın Fars ostanında inzibati–ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Firuzabad şəhəridir. 2011–ci il siyahıyaalınmasına əsasən şəhristanın əhalisi 30.724 ailədə 58.990 nəfəri kişilər və 60.731 nəfəri qadınlar olmaqla cəmi 119.721 nəfərdir.[1] Şəhristan inzibati cəhətdən Mərkəz və Meymənd bəxşlərinə bölünür.[1]
Firuzabad şəhristanı | |
---|---|
fars. شهرستان فیروزآباد | |
28°55′ şm. e. 52°30′ ş. u.HGYO |
|
Ölkə | İran |
Daxildir | Fars ostanı |
İnzibati mərkəz | Firuzabad |
Ən böyük şəhərləri | Firuzabad |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+3.30, yayda UTC+4.30 |
Əhalisi | |
Əhalisi | 119 721[1] nəfər (2011) |
Etnik tərkib | Qaşqaylar, Farslar.[2][3] |
Dini tərkib | Müsəlman (Şiə) |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhristan əhalisi iki böyük sosial qrupa bölünür: elat və qeyri–elat. Elat qrupunu Qaşqayların Dərəşorlu, Şeşbəyli, Əmələ, Böyük və Kiçik Kəşküllü tayfaları, həmçinin Kohgiluyə və Boyer–Əhməd lurlarının Xacə Bozorg, Molla, Moğənni, Məvizi, Kuhmərə, Bavəriyani, Gəlehzən, Badeni, Məhdxani, Filivənd, Xocebəglu, Dərvişi, Çegini, Xəlifə, Əmini ve Əmirsalar tayfaları təşkil edir.[2] Qeyri–elatlar isə farsdilli etnik qruplardan ibarətdir.[2] Şəhristan əhalisinin dili qaşqayı türkcəsi, tacik və lur dilləridir.[2] Şəhristan əhalisinin təxminən 75%-ni Qaşqay Türkləri təşkil edir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.