Qaşqay dili
From Wikipedia, the free encyclopedia
Remove ads
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti.
Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir.[1][2] Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir.[3]
Remove ads
Coğrafi yayılma
Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləri.
İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri.
Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri.
Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran
Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri.
Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri.
Remove ads
Tarixi
XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir. Bu dil barədə ilk qeydlər Aleksandr Romaskeviç və Avrel Şteyn tərəfindən aparılmışdır. Aleksandr Romaskeviç Şiraz bölgəsində yaşayan qaşqayların 35 xalq mahnısını toplamışdır.Romaskeviç və Kovalskinin fikirlərincə Qaşqay dili Azərbaycan dilinin bir ləhcəsidir. Karl Henrix Menqes isə bu dilin Osmanlı türkcəsinin bir qolu olduğunu düşünürdü.
Demoqrafiya
İranda 1982-ci (hicri-şəmsi 1361-ci) ildə aparılan siyahıyaalmanın nəticələrinə görə, köçəri qaşqayların ümumi sayı 200.000 idi. 1997-ci ildə aparılan araşdırma nəticəsində təxminən 1,5 milyon adamın (burada yalnız köçəri həyat tərzi sürən qaşqaylar nəzərə alınmışdır) qaşqay dilində danışdığı ehtimal olunmuşdur.
Müqayisə
Remove ads
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads