Gənc oğlanın portreti (İrəvani)
From Wikipedia, the free encyclopedia
Qacar şahzadəsi Məculla Mirzənin portreti[1] və ya "Gənc oğlanın portreti"[2] — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin akvarellə[3] çəkdiyi rəsm əsəri. XIX əsrin ortalarında çəkilən portret, Bakıda Milli incəsənət muzeyində saxlanılır. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi burada da dekorativlik həcmli plastik forma ilə məharətlə uyğun gəlir.[4]. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib, və bu hansısa müstəvi fonda yox, konkret interyerə malik olan üçölçülü məkanda təsvir edib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlansının göstəricisi idi.[3]
Qacar şahzadəsi Məculla Mirzənin portreti | ||
---|---|---|
| ||
Rəssam | Mirzə Qədim İrəvani | |
Tarixi | XIX əsrin ortaları | |
Üslubu | Kağız, sulu boya. 21x12 | |
Texnikası | yağlı boya | |
Saxlanıldığı yer | Azərbaycan Milli İncəsənət Muzeyi |
Rəsm əsəri 21 x 12 sm ölçüdə kağız üzərində sulu boya ilə çəkilmişdir.[1]