From Wikipedia, the free encyclopedia
Harold Qodvinson (ing. ) və ya II Harold (1022, Esseks[d] – 14 oktyabr 1066[1][2], Hastinqs[d], Şərqi Susseks qraflığı[d]) — İngiltərənin son anqlosaks kralı. II Harold hakimiyyəti 6 yanvar 1066-cı il tarixindən həmin ilin oktyabr ayında, normanların İngiltərəni işğalı dövründə gerçəkləşən Hastinqs döyüşündə Fateh Vilhelm rəhbərliyindəki norman hücumçularla vuruşarkən həlak olana qədər davam etmişdir.
Harold Qodvinson | |
---|---|
anqlosaks. Harold Godƿinson | |
Doğum tarixi | 1022 |
Doğum yeri | |
Vəfat tarixi | 14 oktyabr 1066[1][2] |
Vəfat yeri |
|
Həyat yoldaşları | |
Fəaliyyəti | suveren[d] |
Vikianbarda əlaqəli mediafayllar |
II Harold güclü bir yarl və Böyük Knudla qohumluq əlaqəsi olan əhəmiyyətli bir anqlosaks ailəsinin üzvü idi. Yeznəsi kral Keşiş Eduard 5 yanvar 1066-cı ilsə vəfat etdikdən sonra Vitenaqemot çağırılmış, onlar isə Harold Qodvinsonu yeni kral seçmişdilər. Onun tacqoyma mərasimi Vestminster abbatlığında keçirilmişdir. Sentyabr ayının axırlarında rəqib iddiaçı norveçli III Sərt Haraldın ordusunu darmadağın etmiş və öz ordusunu cənuba, Fateh Uilyamla döyüşə aparmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.