International Baccalaureate Organization (IBO ing. Beynəlxalq Bakalavriat Təşkilatı və ya IB; digər rəsmi dillərdə: fr. Organisation du baccalauréat international və ya BI; isp. Organización del Bachillerato Internacional və ya OBI) — 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi.[1][2] IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var.[3]

Cəld faktlar Beynəlxalq Bakalavriat Təşkilatı IBO, Yaranma tarixi ...
Beynəlxalq Bakalavriat Təşkilatı
IBO
International Baccalaureate Organization
Thumb
Yaranma tarixi 1968
Rəsmi dili ingilis, fransız, ispan
Mərkəzi qlobal mərkəzləri:
Niderland Niderland, Haaqa
Sinqapur Sinqapur
ABŞ ABŞ, Men bayrağı Merilend, Betesda
kurikulum mərkəzi:
Niderland Niderland, Haaqa
qiymətləndirmə mərkəzi:
Böyük Britaniya Birləşmiş Krallıq, Uels Uels, Kardiff
fond ofisi:
İsveçrə İsveçrə, Cenevrə
ibo.org
Bağla

Proqramlar

Diplom Proqramı

Diplom Proqramı (ing. Diploma Programme; abbr. IBDP) 16-19 yaşlı şagirdlər üçün iki illik təhsil proqramıdır. Bu günümüzdə IBDP ingilis, fransız və ispan dillərdə tədris edilir. Əvvəldən bütün fənlər ancaq ingilis və fransız dillərdə aparılırdılar. 1983-cü ildən bəri Diplom Proqramın fənləri ispan dilində də mövcuddular.[4]

Əsas tələblər

IB Diplomu almaq üçün bir namizəd imtanlardan keçməkdən başqa üç əsas tələbələri də yerinə yetirməlidir:[5]

  1. Extended essay (abbr. EE; ing. Geniş esse). Namizədlər EE üçün təsdiq olan fənlərin siyahısından birinə[6] 4000 söz qədər geniş[7] tədqiqat esse yazmalıdılar. Nəmizəd özü keçmədiyi fənndən mövzuya da yaza bilər, amma bu tələb olunmur.[8] EE fənlərarası mövzuya yazılmamalıdır.[9]
  2. Theory of knowledge (abbr. TOK; ing. Bilik nəzəriyyəsi). Bu kursda şagirdlər biliyin fitrətin və məhdudluqların haqqında (yəni epistemologiyanın əsasları) öyrənirlər və biliyin mənası və etibarlılığı müəyyənləşdirməkdə (yəni tənqidi fikirləşmədə) təcrübə alırlar. Kurs 100 saatlıq instuksiyadan, 1200–1600 söz arasında essedən (IB tərəfindən verilən 10 mövzudan ibarət olan siyahıdan yazmaq üçün bir mövzu seçilməlidir) və namizədin seçdiyi mövzuya təqdimatdan ibarətdir.[10]
  3. Creativity, action, service (abbr. CAS; ing. Yaradıcılıq, fəaliyyət, xidmət)

Orta İllər Proqramı

Orta İllər Proqramı (ing. Middle Years Programme; abbr. MYP) 11-16 yaşlı şagirdlər üçün beş illik təhsil proqramıdır.

İbtidai İllər Proqramı

İbtidai İllər Proqramı (ing. Primary Years Programme; abbr. PYP) 3-12 yaşlı şagirdlər üçün təhsil proqramıdır.[11]

Mənsəb Sertifikatı

IB Mənsəb Sertifikatı (ing. International Baccalaureate Career-related Certificate; abbr. IBCC) 16-19 yaşlı mənsəbnən bağlı öyrənmə istəyən şagirdlər üçün təhsil proqramıdır.

Təşkilat

IB qeyri kommersiya təhsil fondudur.[12] Onun fond ofisi İsveçrənin Cenevrə şəhərindədir. Qiymətləndirmə mərkəzi Uelsın paytaxtı olan Kardiff şəhərində yerləşir, kurikulum mərkəzi isə 2011-ci ildə Niderlandın Haaqa şəhərinə köçürülüb. Bundan əlavə, üç qlobal mərkəz açılıb: ABŞ-nin Meriland ştatının Betesta şəhərində, Sinqapurda, və Niderlandın Haaqa şəhərində.

Təşkilat üç regional mərkəzlərə bölünür: Haaqadan idarə olunan IB Afrika, Avropa və Şərq (ing. IB Africa, Europe and Middle East; abbr. IBAEM); Betesta və Argentinanın paytaxtı olan, Buenos Ayres şəhərindən idarə olunan IB Amerikalar (ing. IB Americas; abbr. IBA); və Sinqapurdan idarə olunan IB Asiya və Sakit Okean (ing. IB Asia-Pacific; abbr. IBAP).[13]

IB-nin UNESCO-da qeyri-hökumət təşkilatın kimi konsultativ statusu və bundan əlavə Avropa ŞurasıOIF ilə əməkdaşlıq əlaqələri var.[14]

İdarəçiliyi

IB idarəçiliyi IB İdarəçilər Şurasından və altı komitədən (keçmə və inkişaf, təftiş, təhsil, maliyyət, insan resursları və idarəçiliyi) ibarətdir. İdarəçilər Şurası təşkilatın Baş Direktorunu təyin edir, strateji istiqamətini müəyyənləşdirir, missiya bəyanatını qəbul edir, siyasətini aparır, IB-nin maliyyəni nəzarət edir və IB Diplom Proqramın imtahanları və tələbələrin digər çalışmaların muxtarlığını və bütövlüyü təmin edir.[15]

İdarəçilər Şurası 15-25 üzvdən ibarət ola bilər. Üzvlər şura tərəfindən idarəçi komitəsinin tövsiyə etdiyi və Baş Şura, Regional Şuralar və İdarəçilər Şurası təqdim etdiyi nəmizədlərdən seçilirlər. Cinsi, mədəni və coğrafi müxtəlifliyi təşvigi üçün ancaq üç ex officio vəzifə mövcuddur: Baş Direktor (səs vermir), İmtahan Şurasının sədri və Baş Şuranın sədri.[16]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.