Keyqubad məscidi
From Wikipedia, the free encyclopedia
Keyqubad məscidi — Şirvanşahlar saray kompleksinin yuxarı həyətində, Şirvanşahların saray binasının arxasında, Seyid Yəhya Bakuvi türbəsinin qarşısında yerləşən məscid. Məscid sifarişçisi olan Şirvanşah I Keyqubadın (1317–1348) adı ilə adlandırılmışdır.
Keyqubad məscidi | |
---|---|
| |
40°21′58″ şm. e. 49°50′00″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı Bakı |
Yerləşir | İçərişəhər, Qala döngəsi 76 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Sifarişçi | I Keyqubad |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | xarabalıqları qalıb |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 3.8 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Binanın dəqiq tikilmə tarixi və funksiyası mübahisə mövzusudur. Şamil Fətullayev-Fiqarov qeyd edir ki, Keyqubad məscidi daha qədim binanın bünövrələri üzərində qurulmuşdur. Məscid 1918-ci il hadisələri zamanı ermənilər tərəfindən yandırılaraq məhv edilmişdir.
Məscid düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Zalın mərkəzində gümbəzi saxlayan dörd sütun olmuşdur. Məscidin düzbucaqlı planına vestibüllə birlikdə portal birləşirdi. Məqbərəyə girişlə yanaşı ibadətgah zalının cənub divarında mehrab yerləşirdi.