Kipr əməliyyatı (türk. Kıbrıs Harekâtı), həmçinin Türkiyənin Kiprə müdaxiləsi (yun. Τουρκική εισβολή στην Κύπρο) və ya Atilla əməliyyatı (türk. Attila Harekatı) — 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı və 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyat.
Cəld faktlar Türkiyənin Kiprə müdaxiləsi, Tarix ...
Bağla
Türkiyə hökuməti bu əməliyyatın Sürix və London müqaviləsinin 4-cü maddəsinə istinadən yerinə yetirildiyini bildirmişdir. Buna baxmayaraq BMT və Avropa Şurası bunu işğal olaraq qiymətləndirmişdir.
Avropa Şurası Parlament Assambleyasının 29 iyul 1974-cü il tarixli 573 saylı qərarında və Afinadakı Apelyasiya Məhkəməsinin 21 mart 1979-cu il tarixli qərarında Türkiyənin müdaxiləsinin qanuni olduğu vurğulanmışdır. Ancaq, beynəlxalq qərarların çoxu bunu "işğal" olaraq adlandırmışdır.