Leyli və Məcnun (Nizami)
From Wikipedia, the free encyclopedia
Leyli və Məcnun (fars. لیلی و مجنون) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160–1197) ithaf etmişdir. Əsərin süjetinin əsasında sonradan "Məcnun" (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim "Leyli və Məcnun" dastanı dayanır.
Leyli və Məcnun | |
---|---|
fars. لیلی و مجنون | |
Janr | məsnəvi |
Müəllif | Nizami Gəncəvi |
Orijinal dili | farsca |
Yazılma ili | 1188 |
Əvvəlki | Xosrov və Şirin |
Sonrakı | Yeddi gözəl |
Leyli və Məcnun Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
4600 beytdən ibarət olan poema "Leyli və Məcnun" haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır.[1] Nizami "Leyli və Məcnun" haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir.[2]
Nizami "Leyli və Məcnun" poemasında insanın mənəvi əsarətinə və məhəbbətin faciəsinə səbəb olan ictimai-dini ziddiyyətləti tənqid etmişdir. "Leyli və Məcnun"da ideya və məzmun iki əsas ədəbi priyom üzərində qurulmuşdur. Birinci halda Nizami iki gəncin faciəli məhəbbətini ictimai-dini şəraitlə əlaqələndirir. Əsərin bu hissəsində orta əsr həyat həqiqətlərinin güclü ifadəsi müşahidə edilir. İkinci halda isə, mövcud ictimai mühitdə insan səadətinin qeyri-mümkünlüyü fonunda yalnız maddi aləmi seyr edib ruhani aləmdəki əbədi gözələ qovuşmaq yolu ilə xoşbəxtliyə çatmağın mümkünlüyü göstərilir.