Luvr Əbu-Dabi Muzeyi
From Wikipedia, the free encyclopedia
Luvr Əbu-Dabi Muzeyi (fr. Louvre Abu Dhabi, ərəb. متحف اللوفر أبوظبي) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində yerləşən, layihəsi fransız memarı Jan Nuvel tərəfindən hazırlanmış sənət muzeyi.[2] Fransa hökuməti ilə Əbu-Dabi şəhəri arasında imzalanan və 30 il qüvvədə olacaq müqavilə ilə inşa edilən Luvr Əbu-Dabi Muzeyi Səadət adası kompleksi üzərinə – təxminən 24.000 kvadratmetrlik bir sahəyə inşa edilmişdir. Muzeyin xərcinin 83-108 milyon avro arasında olduğu güman edilir.[3] Muzey rəsmi olaraq 2017-ci il 8 noyabr tarixində açıldı.
Luvr Əbu-Dabi Muzeyi | |
---|---|
اللوفر أبوظبي | |
Əsası qoyulub | 8 noyabr 2017 |
Açılış tarixi | 8 noyabr 2017 |
Mövzu | Sənət muzeyi |
Ölkə | |
Yerləşir | Əbu-Dabi əmirliyi |
Direktor | Manuel Rabate |
Telefon | +971 600 565566[1] |
24°31′58″ şm. e. 54°24′00″ ş. u. | |
Luvr Əbu-Dabi Muzeyinin rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Əbu-Dabi Muzeyində dünyanın hər yerindən gələn sənət əsərləri nümayiş olunur. Muzeyin əsas məqsədi Şərq sənəti ilə Qərb sənəti arasında körpü yaratmaqdır. Bütün bunlara baxmayaraq, Parisdəki Luvr Muzeyinin bu işdə hansı marağının olması məqamı sənət dünyasında olduqca qızğın müzakirələrə səbəb oldu.[4]