Naxçıvan qəzası
From Wikipedia, the free encyclopedia
Naxçıvan qəzası (az-əbcəd. ناخچیوان قزاسی; rus. Нахичева́нскій уѣ́здъ,[lower-alpha 1] translit. Naxiçevanski uyezd) — Rusiya imperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasında qəza ("uyezd"). Quberniya şimaldan Şərur-Dərələyəz qəzası, şərqdən Yelizavetpol quberniyasının Zəngəzur qəzası, cənubdan isə Qacar İranı ilə həmsərhəd idi. Qəzanın inzibati mərkəzi Naxçıvan şəhəri olmuşdur.
Naxçıvan qəzası | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Quberniya | İrəvan quberniyası |
Mərkəzi | Naxçıvan |
Yaradılıb | 1840 |
Ləğv edilib | 8 aprel 1929 |
Sahəsi |
|
Əhalisi |
|
Xəritə | |
Qəza əsasən dağlıq relyefə malik idi və duz plantasiyaları istisna olmaqla sənayesi inkişaf etməmişdi. Rusiya inqilabından əvvəl burada əhalinin əksəriyyətini təşkil edən 81,000-dən çox müsəlman[lower-alpha 2] və 54,000 ermənidən ibarət əhəmiyyətli azlıq yaşayırdı. Qəzanın əhalisi daha sonra 1918–1920-ci illərdəki qarşıdurmalar zamanı kütləvi şəkildə qətlə yetirilmiş və ya oradan köçürülmüşdür.
Naxçıvan qəzası Naxçıvan xanlığının ərazilərində təşkil olunmuş, əvvəlcə Erməni vilayətinin, daha sonra isə İrəvan quberniyasının tərkibinə keçmişdir. Bolşevik inqilabından qısa müddət sonra qəza Osmanlı ordusunun nəzarəti altına keçmiş, Batum konfransına əsasən qısa müddətlik ilhaq edilmişdir. Osmanlı qoşunları 1918-ci ilin sonlarında bölgədən geri çəkilmiş, ardınca bölgə 1919–1920-ci illər arasında yerli müsəlmanların nəzarətinə keçmişdir. Bu dövrdə qəza qısa müddətə Ermənistanın nəzarəti altında da olsa da, sonradan yerli əhali nəzarəti yenidən bərpa etmişdir. Qəza ərazisi 1920-ci ildə Sovet Rusiyasının IX Qızıl Ordusu tərəfindən ələ keçirilmişdir. Nəhayət, qəza Azərbaycanın Naxçıvan eksklavına çevrilmiş və daha sonra isə qəzanın ərazilərinin bir hissəsi Azərbaycan Zaqafqaziya SFSR-in tərkibində olduğu zaman Ermənistana verilmişdir. Naxçıvan qəzasının Ermənistana verilən ərazilərində indiki Sünik və Vayots Dzor mərzlərini qurulmuşdur.