Sürməli qəzası
From Wikipedia, the free encyclopedia
Sürməli qəzası (rusca:Сурмалинский уезд) Rusiya İmperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasının vahidi olan qəza. Qəza şimaldan İrəvan və Üçmüəzzin qəzaları, qərbdən Qars oblastı, şərqdən Qacar imperiyası, cənubdan Osmanlı imperiyası ilə həmsərhəd idi. Qəzanın ərazisi əsasən Türkiyə Respublikasının İğdır vilayətinin ərazisi ilə üst-üstə düşməkdədir. Qəza Rusiya imperiyası dövründə özünün zəngin duz yataqları ilə məşhur idi. Qəzanın inzibati mərkəzi İğdır şəhəri olmuşdur.[2]
Cəld faktlar Ölkə, Quberniya ...
Sürməli qəzası | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Quberniya | İrəvan quberniyası |
Mərkəzi | İğdır |
Yaradılıb | 1849 |
Sahəsi | 3241,1[1] verst² (1897) |
Əhalisi | 89055[1] nəfər (1897) |
Xəritə | |
Bağla