Nizami metrostansiyasının mozaikaları
From Wikipedia, the free encyclopedia
Nizami metrostansiyasının mozaikaları — 1973–1976-cı illərdə SSRİ xalq rəssamı Mikayıl Abdullayev tərəfindən yaradılmış on doqquz mozaik pannolardır. Pannolardan on səkkizində Nizaminin "Xəmsə"sinə daxil olan beş məsnəvidən bədii səhnələr, birində isə şairin özünün üç metrdən artıq hündürlüyə malik boyaboy portreti təsvir edilmişdir. Mozaikalardan 3-ü "Sirlər xəzinəsi", 3-ü "Xosrov və Şirin", 3-ü "Leyli və Məcnun", 4-ü "Yeddi gözəl", 5-i isə "İsgəndərnamə" mövzularına həsr edilmişdir. Mozaikalar Nizaminin beş poemasının illüstrativ nəqli kimi nəzərdə tutulmuşdur. Mozaikalarda qəhrəmanlar, başlarına gəlmiş mühüm hadisələr zamanı təsvir edilmişlər.[1]
Nizami metrostansiyasının mozaikaları | ||
---|---|---|
| ||
Rəssam | Mikayıl Abdullayev | |
Tarixi | 1973–1976 | |
Texnikası | mozaika | |
Saxlanıldığı yer | Nizami metrostansiyası |
Mozaik təsvirlər üçün rəng seçərkən, rəssam, əlvan və parlaq rənglərdən istifadədən qaçaraq, yumşaq rəng çalarlarına üstünlük vermişdir. [5] Həmçinin, monoxrom rənglərdən də imtina edilmişdir. Süjetlərin traktovkasında rəssam klassik miniatür formasına müraciət etmişdir. Miniatür sənətindən gəlmə ünsürlər kompozisiyaların şərti traktovkasında və ayrı-ayrı detalların səthi təsvir formasında özünü büruzə verir. M. Nəcəfov Mikayıl Abdullayevin yaradıcılığına həsr edilmiş kitabında Nizami metro stansiyasındakı mozaikaları "Azərbaycan təsviri sənətinin monumental rəngkarlıq sahəsinin qiymətli nümunələri"[2] adlandırır.