Oyunçu personaj (abr. OP; ing. Player character, abr. PC) və ya oynalına bilən personaj (ing. Playable character) — rol oyunularında və ya videooyunlarda hərəkətləri oyun qaydaları yerinə birbaşa olaraq bir oyunçu tərəfindən idarə edilən uydurma personaj. Əksər hallarda, oyunçu personaj oyunun protaqonisti (baş qəhrəman) olur. Bir oyunçu tərəfindən idarə olunmayan personajlara qeyri-oyunçu personajlar (abr. QOP) deyilir. Qeyri-oyunçu personajların hərəkətləri videooyunlarda oyunun özü tərəfindən, stolüstü rol oyunlarında isə hakim rolunu öz boynuna götürən geymmaster tərəfindən idarə edilir. Oyunçu personaj onu idarə edən oyunçuya uydurma, alternativ bədən kimi funksiya göstərir.[1][2][3]

Thumb
"Legend of Grimrock" videooyununda "Contar Stoneskull" adlı bir oyunçu personaj. İçərisində onun əynindəki əşyaları təmsil edən ikonalar olan kvadratlar. Burada sağlamlıq dərəcəsi və təcrübə xalları kimi statistik məlumatlar da göstərilmişdir.

Videooyunlarda oyunu oynayan hər bir oyunçu üçün bir oyunçu personaj mövcuddur. Bəzi videooyunlar oyunçuya seçə biləcəyi bir qrup oyunçu personaj təqdim edir. Birdən çox oyunçu personaja malik videooyunlarda bu personajların adətən fərqli bacarıqları, gücləri və zəiflikləri olur.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.