From Wikipedia, the free encyclopedia
Polşalı Nobel mükafatı laureatlarının siyahısı — milliyətcə polyak və indiki Polşa dövləti ərazisində doğulan Nobel mükafatı laureatları. Nobel mükafatı dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfələrə görə verilən nüfuzlu beynəlxalq mükafatdır. Mükafat 1901-ci ildən etibarən fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və sülh sahələri üzrə təqdim olunur.[1] 1969-cu ildən isə iqtisadiyyat sahəsi üzrə də Nobel mükafatının təqdimatına başlanılıb.[2]
2015-ci il etibarilə, cəmi 900-dən çox şəxs və təşkilata Nobel mükafatı verilmişdir.[3] Bu 900 Nobel mükafatı laureatından 9-u[A][B][4] milliyətcə polyakdır, 15-i isə indiki Polşa dövlətinin ərazisi çərçivəsində mövcud olmuş dövlətlərdə və indiki Polşada doğulan digər millətlərin nümayəndələridir.[5]
Polşalılar Nobel mükafatının bütün altı sahəsi üzrə laureat olublar. Onlar ümumilikdə 8 dəfə fizika, 5 dəfə kimya, 6 dəfə fiziologiya və ya tibb, 4 dəfə ədəbiyyat, 1 dəfə sülh və 1 dəfə də iqtisadiyyat sahəsi üzrə laureat olublar. Nobel mükafatını alan ilk polşalı 1901-ci ildə fiziologiya və ya tibb sahəsi üzrə mükafatı əldə edən Emil fon Berinq olub. Hələlik Nobel mükafatını qazanan sonuncu polşalı 2004-cü ildə fizika üzrə Nobel mükafatını əldə edən Frank Vilçekdir.
1903-cü ildə Fizika üzrə Nobel mükafatını, 1911-ci ildə isə Kimya üzrə Nobel mükafatını qazanan polyak əsilli Mariya Küri, həm Nobel mükafatını qazanan ilk qadın, həm də iki müxtəlif elm sahələri üzrə Nobel mükafatını qazanan ilk şəxs olaraq tarixə düşüb.[6][7] Bunlardan əlavə, onun qızı İren Jolio-Küri 1935-ci ildə kimya üzrə Nobel mükafatını əldə edib.[8]
İl | Şəkil | Ölkə, [C] Laureat | Doğum yeri | Töhfə |
---|---|---|---|---|
1903[9] | Mariya Küri[D] | Varşava, Rusiya imperiyası[E] | "Radiasiya hadisələrinin birgə tədqiqatlarında müstəsna xidmətlərinə görə".[F][10] | |
1907[11] | Albert Maykelson | Strlzelno, Prusiya krallığı[E] | "Dəqiq optik alətlərin yaradılmasına və onların köməyi ilə yerinə yetirilən spektroskopik və metroloji tədqiqatlara görə".[12] | |
1943[13] | Otto Ştern | Zorau, Almaniya İmperiyası[E] | "Molekulyar maqnit anının şüa metodunun inkişafı, protonun kəşfi və ölçülməsinə görə".[14] | |
1944[15] | İzidor Rabi | Rımanuv, Avstriya-Macarıstan[E] | "Atom nüvəsinin maqnetik xüsusiyyətlərinin ölçülməsinin rezonans metoduna görə".[16] | |
1954[17] | Maks Born | Vrotslav, Almaniya İmperiyası[E] | "Kvant mexanikası üzrə fundamental tədqiqatlara, xüsusilə dalğavari funksiyanın statistik interpretasiyasına görə".[18] | |
1963[19] | Mariya Göppert-Mayer | Kаtоviçе, Almaniya İmperiyası[E] | "Nüvənin qabıq strukturuna aid olan kəşfinə görə".[G][20] | |
1985[21] | Klaus fon Klitsinq | Sroda Velkopolska, Üçüncü Reyx[E] | "Holl kvant effektinin kəşfinə görə".[22] | |
2004[23] | Frank Vilçek[H] | Nyu-York, ABŞ | "Güclü əlaqələr nəzəriyyəsində asimptotik azadlığın kəşfinə görə".[İ][24] |
İl | Şəkil | Ölkə, [C] Laureat | Doğum yeri | Töhfə |
---|---|---|---|---|
1911[25] | Mariya Küri[D] | Varşava, Rusiya imperiyası[E] | "Kimyanın inkişafında müstəsna xidmətlərinə - radium və polonium elementlərinin kəşfinə, radiumun ayrılması, bu elementin təbiətinin və onun birləşmələrinin öyrənilməsinə görə".[26] | |
1918[27] | Fris Haber | Vrotslav, Prusiya krallığı[E] | "Ammiakın onun tərkib elementlərindən sintezinə görə".[28] | |
1931[29] | Fridrix Berqius | Vrotslav, Almaniya[E] | "Kimya sahəsində yüksək təzyiq metodlarının inkişafı və tətbiqi üzrə xidmətlərinə görə".[J][30] | |
1935[8] | İren Jolio-Küri[K] | Paris, Fransa | "Yeni radioaktiv elementlərin sintezinə görə".[L][31] | |
1950[32] | Kurt Alder | Çorzov, Prusia[E] | "Dien sintezinin kəşfinə və inkişafına görə".[M][33] |
İl | Şəkil | Ölkə, [C] Laureat | Doğum yeri | Töhfə |
---|---|---|---|---|
1901[34] | Emil fon Berinq | İlava, Prusia[E] | "Serum terapiyası işlərinə, xüsusilə onun difteriya müalicəsində tətbiqinə görə".[35] | |
1908[36] | Paul Erlix | Strzelin, Prusiya krallığı[E] | "İmmunitetə dair işlərinə görə".[N][37] | |
1939[38] | Gerxard Domaqk | Laquv, Almaniya imperiyası[E] | "Prontozilin antibakterial təsirlərinin kəşfinə görə".[39] | |
1950[40] | Tadeuş Rayxştayn | Vlоçlаvеk, Polşa Çarlığı[E] | "Böyrəküstü vəz qabığının hormonları, onun strukturu və bioloji təsirlərinə dair kəşflərinə görə".[O][41] | |
1964[42] | Konrad Emil Blox | Sileziya, Almaniya İmperiyası[E] | "Xolesterin və yağ turşularının metabolizminin nizamlanmasına dair kəşflərinə görə".[P][43] | |
1999[44] | Günter Blobel | Niegosławice, Üçüncü Reyx[E] | "Zülalların öz daşınmalarını və hüceyrədaxili yerləşməsini idarə edən iç siqnallara malik olduğuna dair kəşfinə görə".[45] | |
İl | Şəkil | Ölkə, [C] Laureat | Doğum yeri | Töhfə |
---|---|---|---|---|
1924[46] | Vladislav Reymont | Kobele-Velke, Polşa Çarlığı[E] | "Möhtəşəm “Kişilər” milli eposuna görə".[47] | |
1978[48] | İsaak Başevis-Zinger | Leonsin, Polşa Çarlığı[E] | "Öz polyak-yəhudi köklərinə əsaslanaraq, emosional yazıçılıq qabiliyyətinə görə".[49] | |
1980[50] | Çeslav Miloş | Şeteni, Litva | "Dünyanın dağıdıcı münaqişələrində insanların müdafiəsizliyini cəsarətli uzaqgörənliklə göstərdiyinə görə".[51] | |
1999[52] | Günter Qrass | Qdansk, Sərbəst şəhər Dansiq[E] | "Tarixin unudulmuş surətini işıqlandıran, şən və kədərli obrazlarına görə".[53] | |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.