"Sirlər Xəzinəsi" — Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar məqalə" və sair kimi əsərlərə yaxın olan "Sirlər Xəzinəsi" həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist və demokratik istiqamət vermişdir.
Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur. Nizaminin sənətkar mövqeyi bu hadisələrə münasibətdə də açıq-aydın diqqəti cəlb edir; şair oxucunu həyəcanlandırır, şairin əhvali-ruhiyyəsi, ürək təlatümləri oxucuya da sirayət edir. Məlum olur ki, bütün bu təriflər, müraciətlər əsil mətləbə keçmək üçün bir bəhanədir.
Çeçmə başında Şirin, Nizami Gəncəvi, Xəmsə, "Xosrov və Şirin", Behzad minyatur məktəbi, 1479, eni 11 sm, hündürlüyü 18,5 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/J
II Xosrov (klassik mənbələrdə ona aid edilən “Aparvez” ləqəbi sonrakı dövrlərdə dəyişikliyə uğrayaraq “Pərviz” şəklində işlədilməyə başlamışdır.), “Müzəffər” (pəhl.𐭧𐭥𐭮𐭫𐭥𐭣𐭩Husrō(y); həmçinin Khusraw Parvēz, خسرو پرویزKhosrow Parviz) - Sasanilər imperiyasının590-628-ci illərdə hakimiyyətdə olmuş sönuncu böyük şahı. O, IV Hörmüzün (579-590) oğlu, I Xosrovun (531-579) nəvəsidir. II Xosrov müsəlmanların Yaxın Şərqdə hakimiyyəti ələ keçirməsindən əvvəl uzun müddətli hakimiyyətdə olmuş sonuncu fars hökmdarıdır ki, onun ölümündən beş il sonra ərəblər bütün keçmiş Sasanilər imperiyası ərazisini ələ keçirmişlər. Hakimiyyətinin ilk dövrlərində taxtını itirən II Xosrov Bizansın köməyi ilə onu geri qaytarmış, bu hadisədən on il sonra isə Əhəmənilərin ənənəvi siyasətini davam etdirərək, Yaxın Şərqdəki zəngin Roma (Bizans) əyalətlərini işğal etməyə çalışmışdır; Onun hakimiyyətinin əsas hissəsi Bizansla müharibələr, Bəhram Çubin və Vistəhm kimi üsyançılarla mübarizədə keçmişdir.
Azərbaycanda elm xadimlərinin mükafatlandırılması üçün nəzərdə tutulmuş xüsusi Nizami Gəncəvi adına Qızıl Medal mövcuddur.
Avropada Nizaminin əsərlərinin tərcüməsinə ilk dəfə XIX əsr Avstriya şərqşünas və diplomatı baron Yozef fon Hammer-Purqştal təşəbbüs göstərmişdir.
1941-ci ildə Nizaminin 800 illik yubileyi qeyd olunarkən, mühasirədə olan Stalinqradda yubiley tədbirinin keçirildiyi Ermitajın "məktəbli kabineti"ni Neva çayında dayanan "Qütb ulduzu" gəmisi işıqla təmin edib.
2012-ci ildə Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı “Xəmsə” Bakıda yeni formatda nəşr olunmuşdur.
14 aprel2009 — Əsaslı təmirdən sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ictimaiyyət üçün açılışı oldu
29 aprel1941 — Azərbaycan KP MK-nın büro iclasının qərarı ilə Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsinin rəsmi tarixi (1941-ci il 16 oktyabr) müəyyənləşdirilmişdir;
25 aprel1926 — mövzusu Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında götürülmüş Turandot operasının ilk primyerası MilandaLa Skala opera evində səhnəyə qoyulmuşdur.
20 aprel2012 — Nizami Gəncəvinin Villa Borghese büstlər parkında heykəlinin açılışı.
Leyli ilə Məcnunun sevişməsi Hər gün parladıqca sübhün güzgüsü, Doğardı şərqin də Yusif üzlüsü. Öz reyhan köksünə turuncu fələk Qızıl bir turuncla verirdi bəzək. Leyli də bəhs edib turunc fələklə, Turunc çənəsini alardı ələ. Turunclu gördükcə xalq o nigarı, Açıldı eşqinin yetişmiş narı. O təzə turunca baxdığı zaman Turunc tək, əlini kəsərdi insan. Qeys onun turunca bənzər üzündən Saralıb narınca dönmüşdü bilsən. Narıncla turuncun ətri dünyada Dostlar damağını gətirdi dada. Böyləcə bir müddət gəlib dolandı, Bu iki nazənin odlara yandı. Çəkib qılıncını zalım məhəbbət. Bu gənc ürəkləri eylədi qarət. Ürək əvəzində qəm verdi yalnız, Ürəklə səbri də apardı vaxtsız. Onlar bir-birinə könül verdilər,