Qisasçılar (komiks)
From Wikipedia, the free encyclopedia
Qisasçılar (ing. Avengers) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış superqəhrəman komandası. Komanda Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "The Avengers" komiksinin 1-ci sayında (sentyabr 1963) peyda olmuşdur. Qisasçılar komandası Sten Li və Cek Körbi tərəfindən Timely Comics-in (Marvel Comics-in sələfi) Bütün qaliblər heyəti superqəhrəman komandasının bərpa edilmiş forması kimi yaradılmışdır.
Qisasçılar | |
---|---|
"The Avengers" cild 3, #38 (mart 2001) | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "The Avengers" #1 (sentyabr 1963) |
Yaradan | Sten Li (yazıçı) Cek Körbi (rəssam) |
Hekayə məlumatı | |
Baza | Qisasçılar qülləsi Qisasçılar malikanəsi Hidro-baza |
Üzvlər | Kapitan Amerika (Stiv Rocers) Dəmir adam (Toni Stark) Tor Halk (Brüs Benner) Qarışqa-adam (Henk Pim) Eşşək arısı (Canet Van Din) |
Tam siyahı | |
Bax: Qisasçıların üzvlərinin siyahısı |
"Yerin ən qüdrətli qəhrəmanları" ləqəbi ilə də tanınan Qisasçılar komandasının orijinal üzvləri Qarışqa-adam, Eşşək arısı, Dəmir adam, Halk və Tordur. 2-ci sayda Qarışqa-adam Nəhəng-adam olmuşdur. 4-cü sayda Kapitan Amerika buzda donmuş halda tapılır və o da komandaya qoşulur. Komandanın üzvləri tez-tez dəyişsə də, komandanın ideyası heç vaxt dəyişməmişdir: "Qisasçılar bir qəhrəmanın təkbaşına döyüşə bilməyəcəyi düşmənlərlə döyüşür". Komanda həmçinin "Qisasçılar, birləşin!" şüarı ilə tanınır. Müxtəlif vaxtlarda Qeyri-insanlar, mutantlar, insanlar, yadplanetlilər, androidlər, fövqəltəbii varlıqlar, hətta keçmiş supercinayətkarlar bu komandanın üzvü olub.
Qisasçılar komandası komikslə yanaşı bir çox televiziya verilişi, videooyun və filmdə peyda olmuşdur. 2012-ci ildə MKK-na daxil olan "Qisasçılar" filmi çəkilmişdir. Film çox uğurlu olmuş və Şimali Amerikada ən yaxşı açılışlardan birini etmişdir. İkinci film "Qisasçılar: Altron dövrü" 1 may 2015-ci ildə, üçüncü film "Qisasçılar: Sonsuzluq savaşı" 27 aprel 2018-ci ildə buraxılmışdır. Qisasçılar: Final filmi isə 2019-cu ilin aprel ayı buraxılmışdır