Qisasçılar: Sonsuzluq savaşı
From Wikipedia, the free encyclopedia
Qisasçılar: Sonsuzluq savaşı[11] (ing. Avengers: Infinity War) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2018-ci ilin may ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. 2012-ci ildə çıxarılmış "Qisasçılar" və 2015-ci ildə çıxarılmış "Qisasçılar: Altron dövrü" filmlərinin sikveli olan "Sonsuzluq savaşı" MKK-na daxil olan on doqquzuncu filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkmişlər. "Sonsuzluq savaşı"nda Sonsuzluq daşlarını ələ keçirmək istəyən Tanosun məğlub edilməsi üçün Qisasçılar komandasına Qalaktika mühafizəçiləri də kömək edir.
Qisasçılar: Sonsuzluq savaşı | |
---|---|
ing. Avengers: Infinity War | |
| |
Janr |
superqəhrəman filmi fantastika döyüş |
Əsas mövzu | Soyqırım |
Rejissor | Russo qardaşları |
Prodüser | Kevin Fayqi |
Əsərin müəllifləri | Sten Li və Cek Kirbinin Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksi əsasında |
Ssenari müəllifləri |
Kristofer Markus Stefen MakFili |
Baş rollarda |
Robert Dauni Coş Brolin Mark Ruffalo Tom Hiddlston Kris Evans Kris Hemsvort Kris Prett Ceremi Renner Elizabet Olsen Sebastian Sten Benedikt Kamberbetç Pol Bettani Kobi Smolders Benedikt Vonq Zoi Saldana Karen Gillan Vin Dizel Deyv Batista Bredli Kuper Pom Klementyeff Skarlet Yohansson Benisio del Toro Tom Holland Entoni Maki Çedvik Bouzman Danay Qurira Pol Radd Don Çidl Letitiya Rayt |
Operator | Trent Opalok |
Bəstəkar | Alan Silvestri |
Montajçı | Ceffri Ford[d] |
İstehsalçılar |
Marvel Studios Distribütor: Walt Disney Studios Motion Pictures |
Distribütor | Walt Disney Studios Motion Pictures[d], Warner Bros.[1], Disney+ |
İlk baxış tarixi | 27 aprel 2018[2], 26 aprel 2018[3], 25 aprel 2018[4], 11 may 2018[5] |
Müddət | 149 dəq.[6] |
Büdcə | $316–400 milyon [7][8][9] |
Gəlir | $2.002 milyard [10] |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2018 |
Əvvəlki film |
Qisasçılar: Altron dövrü (Qisasçılar tetralogiyasına görə) Qara pantera (MKK-na görə) |
Sonrakı film |
Qisasçılar: Final (Qisasçılar tetralogiyasına görə) Qarışqa-adam və Arı (MKK-na görə) |
Rəng | rəngli |
IMDb | ID4154756 |
Vikianbarda əlaqəli mediafayllar |
Film, 2014-cü ildə "Qisasçılar: Sonsuzluq savaşı -I Hissə" adıyla elan edilmişdir. 2015-ci ilin aprelindən Russo qardaşları rejissor kürsüsünə yiyələnmiş, həmin ilin may ayından etibarən isə Markus və MakFli ssenari üzərində işləmək üçün müqavilə bağlamışdır. 2016-cı ilin iyulunda Marvel filmin adını "Qisasçılar: Sonsuzluq savaşı" kimi qısaltmışdır. Filmin çəkkilişlərinə 2017-ci ilin yanvarında Corciya ştatının Fayett dairəsində yerləşən "Pinewood Atlanta Studiyaları"nda start verilmiş və 2017-ci ilin iyuluna kimi çəkilişlər filmin "Final" adlı sikveli ilə paralel aparılmışdır. Əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta mərkəzi və Nyu Yorkda baş tutmuşdur. 316–400 milyon dollar büdcəyə malik olan film, bu vaxta kimi istehsal edilmiş ən bahalı filmlərdən biridir.
"Qisasçılar: Sonsuzluq savaşı" filminin dünya premyerası 23 aprel 2018-ci ildə Los-Ancelesdə baş tutmuş, 27 aprel 2018-ci ildə isə film, IMAX və 3D formatlarında ABŞ-də geniş yayıma çıxarılmışdır. Coş Brolinin aktyor işi, film hekayəsinin emosional ağırlığı, xüsusi effektlər və döyüş xoreoqrafiyasına görə film tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Bütün dünyada 2 milyard dollardan çox gəlir gətirmiş "Qisasçılar: Sonsuzluq savaşı", bu limitə çatmış dördüncü film və ilk superqəhrəman filmi olmaqla, müxtəlif gəlir rekordları sındırmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" 2018-ci ilin ən çox gəlir gətirmiş filmi, həmçinin bütün dünyada və ABŞ və Kanadada bütün zamanların dördüncü ən çox gəlir gətirmiş filmi olmuşdur. Vizual effektlərinə görə film, Oskar, Tənqidçilərin Seçimi və BAFTA mükafatlarına namizəd göstərilmişdir. Filmin "Qisasçılar: Final" adlı sikveli 2019-cu ilin aprel ayında çıxarılmışdır.