Qisasçılar: Altron dövrü
From Wikipedia, the free encyclopedia
Qisasçılar 2: Altron dövrü (ing. Avengers: Age of Ultron) – 2015-ci il istehsalı ABŞ superqəhrəman filmi. Marvel Comics nəşriyyatının Qisasçılar superqəhrəman komandasına əsaslanan filmin istehsalçısı Marvel Studios, distribütori Walt Disney Studios Motion Pictures-dir. Film 2012-ci il istehsalı "Qisasçılar" filmi üçün sikvel təşkil edir və Marvel Kinematoqrafiya Kainatının 11-ci filmidir. Filmin rejissoru və ssenaristi Coss Uidondur. Filmin aktyor heyətinə Robert Dauni, Kris Hemsvort, Mark Ruffalo, Kris Evans, Skarlet Yohansson, Ceremi Renner, Don Çidl, Aron Teylor-Conson, Elizabet Olsen, Pol Bettani, Kobi Smolders, Entoni Maki, Heyli Etvell, İdris Elba, Stellan Skarsqord, Ceyms Spayder və Samuel L. Cekson daxildir. Filmdə Qisasçılar komandası dünyada kütləvi qırğına səbəb olmaq istəyən süni intellekt Altronu dayandırmağa çalışır.
Qisasçılar 2 Altron dövrü | |
---|---|
Avengers: Age of Ultron | |
| |
Janr | elmi fantastika, macəra, superqəhrəman |
Əsas mövzu | süni intellekt |
Rejissor | Coss Uidon |
Prodüser | Kevin Fayqi |
İcraçı prodüser | Sten Li |
Əsərin müəllifləri | Sten Li və Cek Körbinin "Qisasçılar" komiksi |
Ssenari müəllifi | Coss Uidon |
Baş rollarda |
Robert Dauni Kris Hemsvort Mark Ruffalo Kris Evans Skarlet Yohansson Ceremi Renner Don Çidl Aron Teylor-Conson Elizabet Olsen Pol Bettani Kobi Smolders Entoni Maki Heyli Etvell İdris Elba Stellan Skarsqord Ceyms Spayder Seymuel L. Cekson |
Operator |
|
Bəstəkarlar |
Brayan Tayler Denni Elfman |
Geyim rəssamı | Aleksandra Birne[d] |
Montajçı | Ceffri Ford[d] |
İstehsalçılar |
Marvel Studios (distribütor) |
Distribütor | Fórum Hungary[d][1], Walt Disney Studios Motion Pictures[d], Disney+ |
İlk baxış tarixi |
13 aprel 2015 (Dolbi teatrı) 1 may 2015 (ABŞ) |
Müddət | 141 dəq. |
Büdcə |
316 milyon $ (tam) 267,4 milyon $ (dəqiq) |
Gəlir | 1,405 milyard $ |
Ölkələr | ABŞ |
Dil | ingilis |
İl | 2015 |
Əvvəlki film | Qisasçılar |
Sonrakı film | Qisasçılar: Sonsuzluq savaşı |
Rəng | rəngli |
Çəkiliş yeri | Cənubi Afrika Respublikası, Seul[2], London, Çittaqonq[2], Yohannesburq[2] |
IMDb | ID2395427 |
Vikianbarda əlaqəli mediafayllar |
Film 2012-ci ilin mayında – "Qisasçılar" filminin uğurlu buraxılışından sonra anons edilmişdir. Avqust ayında birinci filmin rejissoru Uidon ikinci filmin də rejissoru seçilmiş və buraxılış tarixi müəyyənləşdirilmişdir. 2013-cü ilin aprelinə qədər Uidon ssenarini yazıb tamamlamışdır. İyun ayında Dauni ilə yeni müqavilənin imzalanması ilə birlikdə aktyor seçimi başlamışdır. İkinci dərəcəli çəkilişlər 2014-cü ilin fevralında Cənubi Afrikada başlamışdır. Əsas çəkilişlər isə 2014-cü ilin mart-avqust ayları arasında baş tutmuşdur. Filmin əsas çəkilişlərinin baş tutduğu məkan İngiltərənin Surrey qraflığında yerləşən Shepperton Studios olmuşdur. Bundan əlavə, film İtaliya, Cənubi Koreya, Banqladeş, Nyu-York və İngiltərənin müxtəlif yerlərində çəkilmişdir. İstehsaldan sonra film 3D formatına salınmış və 3000-dən çox vizual effekt əlavə edilmişdir.
"Qisasçılar: Altron dövrü" filminin premyerası 13 aprel 2015-ci ildə Los-Ancelesdə baş tutmuşdur. Şimali Amerikada 1 may 2015-ci ildə 3D və IMAX 3D-də buraxılmışdır. Film tənqidçilərin müsbət rəylərini almışdır. Bütün dünyada əldə etdiyi gəlir 1,4 milyard ABŞ dolları təşkil etmiş, nəticədə kinematoqrafiya tarixinin ən çox gəlir edən yeddinci, 2015-ci ilin isə ən çox gəlir edən beşinci filmi olmuşdur. "Qisasçılar: Sonsuzluq savaşı" adlı birinci sikvelin 4 may 2018-ci ildə, başlığı olmayan ikinci sikvelin isə 3 may 2019-cu ildə buraxılması planlaşdırılır.