Seks təhsili (ing. Sex Education) — Con Cenninqsin prodüserliyi ilə istehsal olunmuş Böyük Britaniya komediya-dram teleserialı. Lauri Nann tərəfindən yaradılmışdır. Serial 11 yanvar 2019-cu ildə Netflix vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin fevralında ikinci mövsümü anons edilmişdir. Hekayə valideynləri seks terapistləri olan Otis Milbern adlı yeniyetmə gəncdən bəhs edir. Cinsi problemi olan bir zorakı oğlana kömək etdikdən sonra özünə inanan, amma qırılqan sinif yoldaşı Meyv Uayli ona bu bacarıqları ilə pul qazanmağı təklif edir. Cütlük məktəbdə cinsi problemləri olan şəxsləri tapıb onlarla məşğul olmağa başlayır.

Cəld faktlar Janr, İlk baxış tarixləri ...
Seks təhsili
ing. Sex Education
Thumb
Thumb
Serialın posteri.
Janr yeniyetmə dramı[d], LGBT ilə bağlı seriallar[d], yetkinlik yaşına çatmışlar üçün televiziya proqramı[d][1], komediya-dram
İlk baxış tarixləri 11 yanvar 2019
Prodüser Con Cenninqs
Yaradıcısı Laurie Nunn[d]
Rollarda
Şüar "Təcrübə bəs etmir"
Bəstəkar Oli Culian
İstehsalçı ölkə
Studiya Eleven Film
Distribüter:
Netflix
Dil ingilis dili
Mövsüm sayı 4
Seriya sayı 32
Seriya vaxtı 46–52 dəq.
Davametmə müddəti 11 yanvar 2019–21 sentyabr 2023
Telekanal Netflix
IMDb ID7767422
Format 4K (Ultra HD)
netflix.com/title/801975…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Teleserialın baş rol ifaçısı Eysa Batterfilddir. Bundan əlavə, onun sinif yoldaşı, aşiq olduğu qız Meyvi Emma Maki, Otisin anası və seks terapisti Cini Cillian Anderson, Otisin ən yaxın dostu Erik Efonqu Şuti Qatva, Erikə bullinq edən müdirin oğlu Adam Qroffu Konnor Suindels, məktəbin populyar tələbəsi Cekson Marçettini Kedar Vilyams-Stirlinq canlandırır.

"Seks tərbiyəsi" ümumilikdə tənqidçilərin müsbət rəylərini almışdır. Personajlar arasındakı münasibətlər və Qatvanın performansı bəyənilmişdir.

Məzmun

Otis Milbernin valideynləri seks terapistləridir və bu mövzuda xeyli məlumata sahibdir. Lakin oxuduğu məktəbdə elə də populyar deyil. Bir gün cinsi problemi olan bir zorakı oğlana kömək etdikdən sonra özünəinamlı, amma qırılqan sinif yoldaşı Meyv Uayli ona bu bacarıqları ilə pul qazanmağı təklif edir. Cütlük məktəbdə cinsi problemləri olan şəxsləri tapıb onlarla məşğul olmağa başlayır.[2][3]

Rollarda

Əsas

  • Eysa Batterfild Otis Milbern rolunda: valideynləri seks terapistləri olan, lakin özünün də cinsi problemləri olan yeniyetmə.
  • Cillian Anderson Cin Milbern rolunda: Otisin anası, seks terapisti.
  • Şuti Qatva Erik Efonq rolunda: Otisin ən yaxın dostu. Qana əsilli ailədəndir və geydir.
  • Emma Maki Meyvi Uayli rolunda: məktəbin pis ad çıxarmış qızı. Otislə dostlaşır.
  • Konnor Suindels Adam Qroff rolunda: müdirin oğlu. Erikə bullinq edir. Atası ilə gərgin münasibətləri var.
  • Kedar Vilyams-Stirlinq Cekson Marçetti rolunda: Murdeyl məktəbinin populyar oğlanı, üzgüçülük çempionu. Meyvin sevgilisidir.
  • Alister Petri Cənab Qroff rolunda: Murdeyl məktəbinin müdiri, Adamın atası.
  • Mimi Kin Rubi rolunda: məktəbin populyar qızlarından biri, "Toxunulmazlar"ın üzvü.
  • Eymi Lou Vud Eymi Qibbs rolunda: məktəbin digər populyar qızı, "Toxunulmazlar"ın üzvü.
  • Çaneyl Kular Anvar rolunda: "Toxunulmazlar" qrupunun lideri.
  • Simon Eşli Oliviya rolunda: "Toxunulmazlar"ın digər üzvü.
  • Tanya Reynolds Lili İqlhart rolunda: yadplanetli erotikası yazan, bakirəliyini itirmək istəyən qız.
  • Maykl Pernsbrendt Yakob Niman rolunda: isveçli təmir ustası. Cinə qarşı sevgi hisləri bəsləyir.
  • Patrisiya Ellison Ola Niman rolunda: Yakobun qızı, Otisdən xoşu gəlir.
  • Ceyms Pürefoy Remi Milbern rolunda: Otisin atası, Cinin keçmiş əri.

Köməkçi

  • Cim Houik Cənab Hendriks rolunda
  • Deobia Oparey Cənab Efonq rolunda.
  • Rakhi Takrar Xanım Sends rolunda.
  • Liza Palfrey Sintiya rolunda.
  • Samanta Spiro Morin Qroff rolunda.
  • Hanna Vaddinqem Sofiya Marçetti rolunda.
  • Cococ Makari Kayl rolunda.
  • Co Uilkinson Ceffri rolunda.
  • Kris Ceks Stiv rolunda.
  • Den Skinner üzgüçülük müəllimi rolunda.
  • Şerin Dunkan-Bryuster Roz Marçetti rolunda.
  • Edvard Bluemel Şin Uili rolunda.
  • Den Merş Herri rolunda.
  • Lii Nyumark Tanya rolunda.
  • Alisa Hyukin Ruti rolunda.
  • Maks Boast Tom Beyker rolunda.
  • Deyv Cerret Rocer Beyker rolunda.
  • Daniel İnqs Den rolunda.
  • Dorin Blekstok Xanım Efonq rolunda.
  • Kadim Remsi Oktoboy rolunda.

İstehsal

Netflix 28 noyabr 2017-ci ildə serialı sifariş etmişdir. Serial Lori Nann tərəfindən yaradılmışdır. İcraçı prodüserləri Ceymi Kampbell və Coel Uilsondur.[2][4] 4 dekabr 2018-ci ildə serialın 11 yanvar 2019-cu ildə yayımlanacağı bildirilmişdir.[5] 1 fevral 2019-cu ildə ikinci mövsümü anons edilmişdir.[6]

Əsas rollar 17 may 2018-ci ildə açıqlanmışdır.[7][8][9]

Çəkilişlər İngiltərədəki Vay dərəsində, eləcə də, Uelsin Lyandoqo, Tintern və Penart kimi yerlərində baş tutmuşdur. Murdeyl məktəbi üçün Cənubi Uels Universitetinin keçmiş korpusundan istifadə olunmuşdur.[10][11][12]

Buraxılış

İlk rəsmi treyler 2 yanvar 2019-cu ildə, serialın özü isə 11 yanvar 2019-cu ildə buraxılmışdır.[13]

Seriyalar

Əlavə məlumat №, Başlıq ...
BaşlıqRejissorSsenari
müəllifi
Orijinal yayım tarixi
1 "Seriya 1" Ben TeylorLori Nann11 yanvar 2019 (2019-01-11)
2 "Seriya 2" Ben TeylorLori Nann11 yanvar 2019 (2019-01-11)
3 "Seriya 3" Ben TeylorSofi Qudhart11 yanvar 2019 (2019-01-11)
4 "Seriya 4" Ben TeylorLaura Nil & Lori Nann11 yanvar 2019 (2019-01-11)
5 "Seriya 5" Keyt HerronSofi Qudhart & Laura Hanter11 yanvar 2019 (2019-01-11)
6 "Seriya 6" Keyt HerronLori Nann & Freddi Sayborn11 yanvar 2019 (2019-01-11)
7 "Seriya 7" Keyt HerronSofi Qudhart11 yanvar 2019 (2019-01-11)
8 "Seriya 8" Keyt HerronLori Nann11 yanvar 2019 (2019-01-11)
Bağla

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.