Netflix

çoxmillətli ABŞ əyləncə şirkəti From Wikipedia, the free encyclopedia

Netflix
Remove ads

Netflix — seriallar və filmlərin video axın şəkildə təchizçisi olan ABŞ transmilli şirkəti.

Cəld faktlar Ümumi məlumatlar, Məhsulları ...

Beynəlxalq genişlənməsi

Şirkət xarici ölkələrdə video axını təklif etməyə 2010-cu ildən başladı. Həmin ilin sentyabrın 22-dən bu xidməti Kanadada əlçatan etdilər. O vaxt kanadalılar üçün aylıq abunə haqqı $7.99 idi. Şirkətin baş icraçı direktoru Heystinqsin sözlərinə görə, bu dünya boyunca qoyduğumuz ən minimal, ən aqressiv qiymət (the lowest, most aggressive price we’ve ever had anywhere in the world) idi.[1] Lakin, Kanadada filmlərin və serialların sayına məhdudiyyət qoyulmuşdu. 2012-ci ildə Coş Loiuen Canadian Business Online üçün araşdırma çərçivəsində öyrəndi ki, ABŞ Netflix kitabxanasında unikal filmlərinserialların sayı 10,625 Kanadada isə 2,647 idi.[2] Eyni zamanda, Kanadadaki Netflix ABŞ-yəda Netflix saytında mövcud olmayan bəzi filmləri və serialları təklif edirdi. Məsələn, Running Wilde ABŞ televiziyasındda yayımlamağa başlayarkən, Kanadada Netflix saytında mövcud idi, ABŞ-də isə yox idi.[1] Ölkədə bir ildən qısa müddətdə million adam sayta abunə oldu,[3] bu Kanada əhalinin təxminən 3 %-ni təşkil edirdi.

2011-ci ilin iyulun 5-də Netflix video axın xidmətini Latın Amerikaya gətirmək planı olduğunu açıqladı.[4] O vaxt, bu Netflix üçün ən böyük genişlənmə idi və artıq ABŞKanadada 23 million abunəçisi var idi.[5]

2011-ci ilin sentyabrda şirkət MərkəziCənubi AmerikaKarib hövzəsinin 43 ölkə və əraziyə İngilis, İspanPortuqal dilində film və serialları təklif edərək genişləməsiyi başlayıb. Sentyabrın 5-də Braziliya xidmət açıldığı ilk Latın Amerika ölkəsi olub. Oradaki aylıq abunə haqqı $BR 14,99 idi (Bu isə $9,10 edir; yəni, ABŞ və Kanadadan daha çox).[6]

Xidmətin Latın Amerikasına gəlməsi şirkətin istədiyi qədər uğurlu olmadı. Baxmayaraq ki, onun Kanadadakı kimi bu regionun bazarında rəqibi olmayıb, orada genişzolaqlı internetin inkişaf olmadığı sürətli artmasına mane olub.[7]

Netflix Avropada genişləməsini 2012-ci ilin yanvarın 4-də Birləşmiş Krallıqİrlandiyadan başlayıb.[8] Həmin ilin sentyabrın 18-də, o artıq Danimarka, Finlandiya, Norveçİsveçə genişləndirilib.[9] 2013-cü ilin sentyabrın ayında Netflix saytında artıq Channel 4, ITVBBC proqramları var idi.[10]

2013-cü ildə Forbes jurnalın ehtimalına görə, ABŞ-dən kənar baxışlar şikətin dəyərinin 15%-i təsis edirdi. ABŞ-nin özündə isə evlərin 30%-i Netflix xidmətinə yazılıb.[11]

BritaniyaSkandinaviyadan sonra, Netflix 2013-cü ilin sentyabrın 11-də Niderlanda genişlənib. Bu, Netflix o ildə genişləndiyi yeganə ölkə idi, çünki şirkət yazılma qiymətləri idarə etmək üçün genişlənməsini yavaşdırmağa qərar verib.[12]

2014-cü ilin sentyabrın 19-da, Netflix artıq Avstriya, Belçika, Fransa, Almaniya, Lüksemburqİsveçrəyə genişləndirilib.[13] Fransadan başqa Netflix Avropada yaxşı qarşılandı. Buna görə şirkət Marseille adlı fransız dilli serialı yaratmağa qərar vermiş. O, House of Cards serialın remeyki olub. Orijinal serialın məzmunu Fransa kontekstinə qoyulub. Bu Netflix üçün ingilis dildə olmayan ilk tamaşadır.[14]

AvstraliyaYeni Zelandiyaya genişlənməsi 2015-ci ilin martın 24-də baş verib.[15][16] Həmin ilin fevralın 4-də elan olunub ki, Yaponiyaya genişlənmə 2015-ci ilin payızında olacaq,[17] mayında isə Netflix Cek Manın Wasu Media Holding və başqa partnyorları ilə Çin onlayn video bazarına girmək üçün danışıqlar apardığını açığlayıb.[18]

Thumb
2016-cı ilin yanvarında Netflix video axın xidmətinin dünyada mövcudluğu: Mövcuddur Mövcud deyil

2015-ci ilin iyunun 6-da Rid Hestinqs Portuqaliyanın Expresso qəzetində elan edib ki, həmin ilin oktyabırında Netflix İtaliya, Portuqaliyaİspaniya bazarlarına girəcək.[19]

Həmin ilin sentyabrın 9-da Netflix elan edib ki, o ərkən 2016-cı ildə Asiyaya , o cümlədən Pakistan, Honkonq, Sinqapur, Cənubi KoreyaTayvana, yaxın gələcəkdə isə, Cənub-Şərq AsiyaFilippinə qədər genişlənəcək.[20]

2016-cı ilin yanvarın 6-da Consumer Electronics Show-da Netflix ən böyük olan, 130 yeni ölkəyə genişlənməsini elan edib. Beləliklə, şirkətin dediyinə görə, xidməti ÇinABŞ sanksiyaların altında olan Krım, SuriyaŞimali Koreya kimi bölgələrdən , "dünyanın " mövcud olacaq.[21][22][23][24][25][26]

2022-ci ildə Rusiyanın Ukraynanı işğalından sonra, 4 mart 2022-ci ildə Netflix Rusiyadan gələcək bütün layihələri və satınalmaları dayandırdığını elan etdi[27] İki gün sonra, 6 mart 2022-ci ildə Netflix Rusiyadakı xidmətini dayandıracağını elan etdi.[28]

Remove ads

Təsiri

Rusiya Mədəniyyət Naziri, Vladimir Medinski fikrinə görə "ABŞ Netflix vasitəsi ilə hər bir evə, hər bir televizora, televizordan isə dünyanın hər sakinin başına girir".[29]

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads