From Wikipedia, the free encyclopedia
Ser Tomas Stemford Binqli Rafflz (ing. Sir Thomas Stamford Bingley Raffles, 6 iyul 1781[1][2][…] və ya 5 iyul 1781[3], Yamayka[4] – 5 iyul 1826[5][1][…], London) — Britaniya imperiyasının dövlər xadimi, erudit-şərqşünas, Nusantra tarixi və mədəniyyəti üzrə mütəxəssis. Rafflz tarixdə müasir Sinqapurun əsasını qoyan şəxs kimi tanınır. O həmçinin Yava adasının Napoleon müharibələri zamanı zəbt edilməsi prosesindədə aktiv iştirak etmişdir. Rafflz Britaniya imperiyasının "ataları" kimi tanınmış şəxslərdən biridir.
Stemford Rafflz | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyul 1781[1][2][…] və ya 5 iyul 1781[3] |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyul 1826[5][1][…] (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Fəaliyyəti | botanik, ornitoloq, siyasətçi, səyyah |
Elmi fəaliyyəti | |
Elm sahəsi | botanika |
Vikianbarda əlaqəli mediafayllar |
Rafflz "Enn" adlı gəminin göyərtəsində, Yamaykanın Port-Morant sahilləri yaxınlığında anadan olmuşdur. Atası kapitan Benjamin Rafflz idi. Anası isə holland əsilli idi. Atası qul alveri ilə məşğul idi və dünyasını dəyişəndə oğlunun 14 yaşı var idi. Atasından Rafflza böyük borc qaldığından o işləməyə məcbur idi. O ilk dəfə Britaniya Ost-Hind kompaniyasında işləməyə başladı.
1805-ci ildə onu Malaziyanın Pinanq bölgəsinə göndərdilər. Bununla da Rafflzın Cənub-Şərqi Asiya uzun müddətli bağlılığın əsası qoyuldu. Rafflz qubertanor Filipp Dundasanı rəhbərliyi altında xidmətə başladı. Tezliklə o qubernatorun katibi təyin olundu və Olvin Devenişlə evlənmiş, sonralar isə həyatının 20 ilində yanında olmuş Tomas Traverslə tanış oldu.
Malay dilinin gözəl bilməsi Hindistanın genral-qubernatoru Hilbert Mintonun yanında hörmətinin artmasına kömək etdi. 1810-cu ildə artıq Rafflz Malayın qubernatoru vəzifəsinə göndərildi. Bu zaman malayın ilk yazıçısı olan Abdullah Bin Abdulqadir Muniş Raffılzın yanında məktub yazan və misyonerlərə malay dilini öyrədən vəzifəsində çalışmağa başlamış.
28 yanavar 1819-cu ildə Rafflzın rəhbərliyi etdiyi ekspedisiya Sinqapur adasına yan aldılar. O adanın coğrafi və stateji mövqeyini yüksək qiymətləndirdi. Ada bu dövrdə Hollandiyanın vassalı olan Riau-Cohor sultanlığına məxsus idi. Sinqapura faktiki rəhbərlik edən Cohora ingilislər böyük bəxşiş verərək adada ingilis bölgəsinin yaradılmasına icazə aldılar. 1819-cu ilin fevralında sultan Husseyn-şahla Rafflz ingilislərin adaya olan hüququnu təstiqləyən müqaviləyə imza atdılar.[6][7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.