![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/58/Turkmeneli_map_on_a_monument_in_Altun_Kopru.jpg/640px-Turkmeneli_map_on_a_monument_in_Altun_Kopru.jpg&w=640&q=50)
Türkmən eli
From Wikipedia, the free encyclopedia
Türkmən eli, Türkmən torpağı[1] və Turkomaniya (ərəbcə: توركمن إيلي) ya da Şərqi Türkməneli[2] — İraqda bölgə adı. Türkmən eli əsasən İraq türkmənlərinin tarixi olaraq üstün əhali sayına sahib olduğu, türkmənlərin tarixi olaraq dominant olduğu geniş torpaqları ifadə etmək üçün istifadə olunan siyasi termindir.[3] İraq-Türkiyə-Suriya sərhədində olan və çarpaz olaraq İran sərhədinə qədər uzanan bölgəni əhatə etməkdədir. Bölgənin şimal hissəsindəki şəhəri Kərkük türkmənlər üçün paytaxt hesab edilir.[4]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/58/Turkmeneli_map_on_a_monument_in_Altun_Kopru.jpg/320px-Turkmeneli_map_on_a_monument_in_Altun_Kopru.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c0/Iraqi_Turkmen_youth_holding_a_Turkmeneli_scarf.jpg/640px-Iraqi_Turkmen_youth_holding_a_Turkmeneli_scarf.jpg)
Bölgənin bir sıra şəhərləri son dövlərlərdə kürdlərin sürətli məskunlaşmasına məruz qalmışdır. Nəticədə türkmənlərin paytaxtı hesab olunan Kərkük şəhəri də daxil olmaqla, Təlafər, Mosul (İraqın ikinci ən böyük şəhər), Tuzxurmatu və Mandalidə bu iki icma arasında münasibətlər kəskinləşmişdir.