Timerlan Hüseynov[2] (ukraynca: Тимерлан Рустамович Гусейнов, 24 yanvar 1968[1], Buynaksk, Dağıstan MSSR) — qumuq əsilli ukraynalı futbolçu. Hal-hazırda Ukraynanın futbol klubu olan FK Odessanın idman direktorudur. O, Ukrayna Premiyer Liqasında 1993–1994, 1995–1996-cı illər çempionatlarında müvafiq olaraq 18 və 20 qolla bombardir olmuşdur. Bu illərdə o, Çornomorets Odessa klubunda çıxış etmişdir. Ukrayna yığma komandasında isə 14 beynəlxalq oyuna çıxmış və 8 qol vurmuşdur.

Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Timerlan Hüseynov
Тимерлан Рустамович Гусейнов
Ümumi məlumatlar
Doğum tarixi 24 yanvar 1968(1968-01-24)[1] (56 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1.85
Mövqeyi Hücumçu
Karyerası
Gənclik karyerası
1976–1982 Pervomayskda idman məktəbi
1983–1984 Luqanskda idman təmayüllü məktəb
Klub karyerası[* 1]
1985–1986 Zarya Luqansk FK 59 (17)
1987 MOİK Moskva FK 6 (2)
1987–1988 MOİK Moskva FK 13 (1)
1989–1990 Zarya Luqansk FK 84 (30)
1991 Metallurq Zaporojye FK 14 (0)
1992–1993 Zarya Luqansk FK 42 (19)
1993–2000 Çornomorets Odessa FK 204 (79)
2001–2002 Spartak Sumy FK 31 (11)
1985—2002 Cəmi 453 (159)
Milli yığma[* 2]
1993–1997 Ukrayna 14 (8)
Məşqçisi olduğu klublar
2007–2008 Odessa FK (Dniester Ovidiopol) (köməkçi)
2008–2013 Odessa FK (idman direktoru)
2013 Real Pharma Odessa FK (köməkçi)
Təltif və medalları
'

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Oyunçu karyerası

Hüseynov Sovet İttifaqının Dağıstan bölgəsinin Buynaksk rayonunda anadan olmuşdur. Onun atası qumuq, anası isə ukraynalıdır. 1970-ci ildə ailəsi ilə birlikdə Ukrayna Sovet Sosialist Respublikasının Pervomaysk rayonuna köçmüşdürlər.

Hüseynov Ukraynanın futbol tarixində bir çox ilklərə və rekordlara sahibdir. O, Ukrayna futbol tarixində rəsmi oyunlarda 100 qol həddini aşan ilk futbolçudur. Həmçinin o, Ukrayna futbol tarixində ən çox fərqlənən oyunçulardan biridir. O, 215 premiyer liqa oyununda 85 qola imza atmışdır. Milli komandadan uzun müddət kənarda qalmasına və cəmi 14 oyun keçirməsinə baxmayaraq, 8 qolla milli komanda da ən çox fərqlənən 10 oyunçudan biridir (2012-ci ilin 31 yanvarı hesabı ilə).

Ümumilikdə, Timerlan Hüseynov peşəkar futbolçu karyerası boyunca 453 rəsmi futbol oynuna çıxmış və bu oyunlarda 159 dəfə fərqlənməyi bacarmışdır. Karyerasının ən parlaq dövrlərini isə Zarya Luqansk FK klubunda keçirmiş və bu klubun əfsanələrindən biri olmuşdur.

Məşqçi karyerası

Oyunçu kimi futboldan uzaqlaşdıqdan sonra son oynadığı klub olan Siqnal komandasında məşqçiliyə başlamışdır. Bu klub Odessa klubu olmaqla birlikdə həvəskar liqada çıxış edirdi. 2004–2007-ci illərdə burada baş məşqçi kimi çalışarkən Hüseynov Odessa oblastı kubokunu qazanmışdır. 2007-ci ilin fevralında o, Odessa FK-nin baş məşqçisinin köməkçisi olmuşdur. 2008-ci ildə klubun adminstrativ sahəsinə keçmiş və klubun idman direktoru olmuşdur.[2] O, hələ də bu vəzifəsini icra etməyə davam edir.

Karyera statistikası

Klub

Əlavə məlumat Klub, Mövsüm ...
Klub Mövsüm Liqa Kubok Avropa Ümumi
Oyunlar Qollar Oyunlar Qollar Oyunlar Qollar Oyunlar Qollar
Zarya Luqansk FK 1985 289----289
1986 31810--328
MOİK Kiyev FK 1987 62----62
MOİK Moskva FK 1987 121----121
1988 10----10
Zarya Luqansk FK 1989 4818----4818
1990 361210--3712
Metallurq Zaporojye FK 1991 140----140
Zarya Luqansk FK 1992 151121--1712
1992–93 27841--319
Çornomorets Odessa FK 1993–1994 331882--4120
1994–1995 291272213815
1995–1996 332010513921
1996–1997 2893040359
1997–1998 27652--328
1998–1999 2913----2913
1999–2000 23110--241
2000–2001 20----20
Spartak Sumy FK 2000–2001 153----153
2001–2002 16820--188
KaryeraÜmumi 453159358112499169
Bağla

Yığma komanda

Əlavə məlumat №, Date ...
Date Venue Opponent Score Result Competition
1 13 noyabr 1994 Respublika stadionu, Kiyev, Ukrayna  Estoniya
3–0
3–0
UEFA Avro 1996 (seçmə mərhələsi)
2 26 aprel 1995 Kadriorq stadionu , Tallin, Estoniya  Estoniya
1–0
1–0
UEFA Avro 1996 (seçmə mərhələsi)
3 6 sentyabr 1995 Zalgiris stadionu, Vilnüs, Litva  Litva
1–1
3–1
UEFA Avro 1996 (seçmə mərhələsi)
4 6 sentyabr 1995 Zalgiris stadionu, Vilnüs, Litva  Litva
2–1
3–1
UEFA Avro 1996 (seçmə mərhələsi)
5 11 oktyabr 1995 Beziqrad stadionu, Lyublyana, Sloveniya  Sloveniya
2–0
2–3
UEFA Avro 1996 (seçmə mərhələsi)
6 9 aprel 1996 Respublika stadionu, Kişinyov, Moldova
1–0
2–2
Yoldaşlıq oyunu
7 9 aprel 1996 Respublika stadionu, Kişinyov, Moldova
2–0
2–2
Yoldaşlıq oyunu
8 1 may 1996 Samsun 19 may stadionu, Samsun, Türkiyə  Türkiyə
2–3
2–3
Yoldaşlıq oyunu
Bağla

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.