Vətəndaş Həmrəyliyi Partiyası
VHP / From Wikipedia, the free encyclopedia
Vətəndaş Həmrəyliyi Partiyası və ya qısaca VHP — Azərbaycanda 26 sentyabr 1992-ci ildə istiqlalçı millət vəkili , xalq hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının başçılığı ilə qurulan, Ədliyyə Nazirliyi tərəfindən 3 noyabr 1992-ci il tarixində qeydiyyata alınan siyasi partiya.
Vətəndaş Həmrəyliyi Partiyası | |
---|---|
Sədri | Sabir Rüstəmxanlı |
Qurucu | |
Sədr müavinləri |
Fəzail İbrahimli Samir Əsədli Elxan Mirzəyev Arif İsmayılbəyli Yusif Salmansoy Nəsimi Şərəfxanlı |
Quruluş tarixi | 26 sentyabr 1992 |
Qeydiyyat tarixi | 3 noyabr 1992 |
Baş qərargah | Bakı şəh., Tbilisi pr. 76 |
İdeologiya | Azadlıq, Solidarizm, bərabərlik |
İdeoloji spektr | mərkəz sağ |
Üzvlüyü |
Demokratik Konqress (2000) Müxalifətin Koordinasiya Mərkəzi (2004) Demokratik Azərbaycan Bloku (2005) Demokratiya Bloku (2010) |
Üzv sayı | 8 800-dən çox[1] (2023) |
Şüar | Nicatımız vətəndaş həmrəyliyindədir![2] |
AŞPA-da |
1 / 648 [lower-alpha 1] |
Milli Məclisdə |
3 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
5 / 15.156 |
Himn | Azadlıq Marşı |
Mətbuat orqanı | Vətəndaş Həmrəyliyi qəzeti |
Saytı | vhp.az |
Azərbaycan Respublikasının Milli Məclisində 3 millət vəkili ilə Yeni Azərbaycan Partiyasından sonra millət vəkili sayına görə 2-ci partiyadır.
Partiyanı Azərbaycan Milli Məclisi VI çağırışında 3 millət vəkili — Fəzail İbrahimli, Rafael Hüseynov və Sabir Rüstəmxanlı təmsil edir. Partiya həmçinin Milli Məclisin sədarətində — Fəzail İbrahimli Milli Məclisin sədr müavini olaraq təmsil olunur.
Partiyanın 15 dekabr 2006-cı il tarixindən etibarən[3] Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Almas Qəhrəmanlıdır.
Partiyanın mətbu orqanı "Vətəndaş Həmrəyliyi" qəzeti, "Bakı Təbriz" jurnalı və "www.vhp.az" internet saytıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin 69%-i kişi, 31%-i isə qadın olmuşdur.[4]