From Wikipedia, the free encyclopedia
Yaqutil Mişiyev (tam adı: Yaqutil İsrailoviç Mişiyev, ivr. יאגוטיל מישייב; rus. Мишиев, Ягутил Израилович; 29 mart 1927, Qırmızı Qəsəbə, Quba qəzası – 2 aprel 2024, Rişon-le-Sion, Mərkəz dairəsi) — yazıçı, Dərbəndin tarixi haqqında kitabların müəllifi, Dağıstan Respublikasının və Rusiya Federasiyasının əməkdar müəllimi.
Yaqutil Mişiyev | |
---|---|
ivr. יאגוטיל מישייב | |
Doğum tarixi | 29 mart 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 2 aprel 2024 (97 yaşında) |
Vəfat yeri |
|
Milliyyəti | Yəhudi |
Fəaliyyəti | tarixçi, publisist |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yaqutil Mişiyev 29 mart 1927-ci ildə Quba rayonunda Qırmızı Qəsəbədə anadan olmuşdur. 1943-cü ildə məktəbi başa vurduqdan sonra müəllim kadrlara ehtiyac yarandığından müəllimlik kurslarına göndərilmişdir. Elə həmin ilin sentyabrında, 16 yaşında ikən məktəbdə pedaqoji fəaliyyətə başlamışdır.[1] 1944-cü ildə Kuban Pedaqoji Kollecində distant təhsilini tamamlamışdır. 1945-ci ildə məktəbdə işləyərkən Kuban Pedaqoji İnstitutunda riyaziyyat ixtisası üzrə təhsil almağa başlamışdır. 1947-ci ildə riyaziyyat və fizika müəllimliyi ixtisası üzrə diplom almışdır.
O, İkinci Dünya müharibəsində əmək cəbhəsində fəaliyyət göstərmiş şəxslərin medalla təltif edilməsi məqsədilə 1943–1951-ci illərdə Quba rayonu üzrə sənədləşdirmə işlərinin aparılmasında fəal iştirak etmişdir. Həmin medal "Şücaətli əməyə görə" adlanırdı. 1946-cı ildə Quba rayon hərbi qeydiyyat idarəsinin rəhbərliyi veteranların "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilmələri üçün Mişiyevdən onların siyahıyaalınması işinin tamamlamasını xahiş etdi. 1951-ci ildə Mişiyev ailəsi Dərbəndə köçdü. 1954-cü ildən Yaqutil Mişiyev 1 nömrəli işləyən gənclər üçün axşam məktəbində riyaziyyat müəllimi kimi işləməyə başladı. 1963-cü ildə Dağıstan Dövlət Universitetində riyaziyyat müəllimliyi üzrə magistr dərəcəsi aldı. Uzun müddət Regional Tədqiqatlar Muzeyinin direktoru kimi çalışmışdır. Mişiyev həmçinin şəhərin tarixi ilə bağlı nadir tapıntıların kolleksiyasını toplayırdı. 1976–1991-ci illərdə Mişiyev Dərbənddə 11 nömrəli məktəbin direktoru vəzifəsində çalışmışdır.[2] 1991–1997-ci illərdə isə Şəhər Təhsil İdarəsinin baş mütəxəssisi vəzifəsində işləmişdir.
1997-ci ildən Mişiyev İsrailin Rişon LeZion şəhərində yaşayır.[3][4] İsraildə Yaqutil Mişiyev Dərbənd şəhərinin tarixi və tarixi memarlıq abidələri haqqında bir neçə kitab yazmışdır. Bunlar 5000 illik uzun yol və Dərbənd və dünya sivilizasiyası. O, həm də Rusca-ingiliscə riyazi terminlər lüğətinin müəllifidir. Sonuncu şagirdlər, tələbələr, müəllimlər və valideynlər üçün nəzərdə tutulmuşdur.[5] Bizim köklərimiz kitabında Mişiyevin ailəsi və onların fəaliyyəti haqqında məlumatlar yer alır. Təkcə xatirələr qocalmır adlı sonuncu kitabı yəhudi sivilizasiyasının tarixinə həsr olunmuşdur.[6]
1952-ci ildə Rusiya Mədəniyyət Nazirliyinin Komissiyası eksponatların Nazirlik tərəfindən muzey üçün müəyyənləşdirilmiş müvafiq tarixi dövrlə bağlı minimal tələblərə cavab vermədiyini əsas gətirərək regional tədqiqatlar muzeyinin bağlanması barədə göstəriş verdi. Muzeyin yenidən fəaliyyətə başlaması məqsədilə müəyyən dəyişikliklərin edilməsi tövsiyə olundu.[7] Muzeydə yeni rəhbərliyin olması da vacib məsələlərdən idi. Dərbənd şəhərinin Mədəniyyət İdarəsi Mişiyevi muzeyə işləməyə göndərdi. Mişiyev yeni ekspozisiyalar yaratmağa başladı. Artıq 1953-cü ildə muzey yenidən açıla bilərdi. İllərlə muzeydə işləyən Mişiyev həmin dövrdə şəhərin tarixi haqqında informasiya və nadir tapıntıları toplamaq məqsədilə Dərbənd rayonunun ətrafına səyahət edir. O, Bakıda Milli Azərbaycan Tarixi Muzeyində, eləcə də Mahaçqalada Dağıstan Regional Muzeyində Dərbənd şəhəri barədə arxivləri araşdırır. Tezliklə Dağıstan, Rusiya Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri muzeylə əlaqədar müxtəlif məsələlərdə tədqiqatlara başlayırlar.[7] 50-ci illərin ikinci yarısında muzey qədim Dərbənd şəhərinin tarixi barədə təbliğat və maarifləndirmə işləri aparır. Mişiyev mühazirələr deyir və müntəzəm olaraq Znamya Kommunizma şəhər qəzetində, eləcə də Azərbaycan dilində Leninçi rayon qəzetində çıxırdı. 1952-ci ildə başlayan muzey işi onun həyatının bir hissəsinə çevrildi.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.