Yenisey qırğızları
Eramızdan əvvəl III əsrdən eramızın XIII əsrinə qədər Minusinsk çökəkliyinin cənub hissəsində Yenisey çayının yuxarı sahillərində məskunlaşan qədim türk xalqları / From Wikipedia, the free encyclopedia
Yenisey qırğızları (q.türk 𐰶𐰃𐰺𐰴𐰕:𐰉𐰆𐰑𐰣) — Yenisey və Altay hövzələrinin qədim və orta əsr türkdilli əhalisi üçün tarixşünaslıqda qəbul edilən ad[1] (Tyan-Şan qırğızlarından fərqli olaraq).[2] Qədim türk xalqı olan Yenisey qırğızları eramızdan əvvəl III əsrdən eramızın XIII əsrinə qədər Minusinsk çökəkliyinin cənub hissəsində Yenisey çayının yuxarı sahillərində yaşayıblar. Onların vətənlərinin özəyi Monqolustanın şimalında, müasir Tıvada yerləşən meşəlik Tannu-Ola dağ silsiləsi (qədim dövrlərdə Lao və ya Koqmen dağları kimi tanınır) idi. Sayan dağları da müxtəlif dövrlərdə onların ərazisinə daxil olmuşdur. Qırğız xaqanlığı eramızın 550-ci ildən 1219-cu ilə qədər mövcud olub. Xaqanlıq 840-cı ildə Yenisey ərazilərindən Mərkəzi Asiya və Tarım hövzəsinə qədər dövləti genişləndirərək Türk Xaqanlığının rəhbərliyini Uyğur xaqanlığından aldı.
Ümumi sayı | |||
---|---|---|---|
məlum deyil | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Qədim qırğız dili | |||
İrqi | |||
monqoloid | |||
Dini | |||
Daxildir | |||
Türk xalqları | |||
Qohum xalqlar | |||
Tyanşanda yaşayan müasir qırğızlar, Tarbagatay qırğızları, fuyu qırğızları, altaylılar, teleutlar, telengitlər, şorlar, xakaslar, çulumlar, tuvalar |