İtaətsizlik (film, 2017)
Sebastian Lelio filmi, 2017-ci il From Wikipedia, the free encyclopedia
Remove ads
"İtaətsizlik " (ing. Disobedience) — 2017-ci ildə rejissor Sebastyan Lelionun özü və Rebekka Lenkieviç tərəfindən yazılmış ssenari əsasında çəkdiyi Böyük Britaniya, İrlandiya və ABŞ dram filmi. Filmin ssenarisi Naomi Eldermanın eyni adlı əsəri əsasında yazılmışdır. Filmdə əsas rolları Reyçel Vays, Reyçel Makadams və Alessandro Nivola canlandırmışlar.
Filmin dünya premyerası 10 sentyabr 2017-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur. ABŞ-də film "Bleecker Street" şirkəti tərəfindən 27 aprel 2018-ci ildə, Böyük Britaniyada isə "Curzon Artificial Eye" şirkəti tərəfindən 24 avqust 2018-ci ildə çıxarılacaq.
Remove ads
Rollarda
- Reyçel Vays — Ronit Kruşka
- Reyçel Makadams — Esti Kuperman, Dovidin həyat yoldaşı
- Alessandro Nivola — Ravvin Dovid Kuperman, Estinin həyat yoldaşı
- Bernardo Santos və Conatan Şey — Gənc Dovid
- Anton Lesser — Rav Kruşka
- Bernis Stecers — Fruma xala
- Allan Korduner — Moşe dayı
- Nikolas Vudison — Ravvin Goldfarb
- Liza Sadov — Rebbetzin Goldfarb
- Klara Frensis — Hinda
- Mark Stobbart — Lev
- Karolin Qruber — Hanna Şapiro
- Aleksis Zegerman — Riuka
Remove ads
İstehsal
29 sentyabr 2016-cı ildə Reyçel Vaysın Naomi Aldermanın romanının ekranlaşdırılmasında rol alacağı və prodüser kimi iştirak edəcəyi elan edilir. Sebastyan Lelionun özü və Rebekka Lenkieviç tərəfindən yazılmış ssenari əsasında çəkdiyi filmə həm də Ed Giney və Frida Torresblanko prodüserlik edirlər.[3] 4 oktyabr 2016-cı ildə Reyçel Makadams filmin aktyor heyətinə qoşulur.[4] 7 dekabr 2016-cı ildə isə Alessandro Nivolanın filmdə Madamsın personajının həyat yoldaşını canlandıracağı məlum olur.[5] 9 yanvar 2017-ci ildə Londonun şimal-qərbindəki Kriklvud ərazisində filmin çəkilişlərinə başlanılır.[6] Metyu Herbertə isə film üçün musiqi yazmaq həvalə edilir.[7]
Remove ads
Çıxarılması
2017-ci ilin mayında "Curzon Artificial Eye" və "Sony Pictures Worldwide Acquisitions" filmin Böyük Britaniyada və dünyada distribütorluq hüquqlarını əldə edirlər.[8] 10 sentyabr 2017-ci ildə Toronto Beynəlxalq Film Festivalında filmin dünya premyerası başş tutur.[9] Qısa müddət sonra "Bleecker Street" filmin ABŞ-də distribütorluq hüquqlarını alır.[10] Filmin ABŞ-də 27 aprel 2018-ci ildə[11], Böyük Britaniyada isə 24 avqust 2018-ci ildə[12] çıxarılması planlaşdırılır.
Tənqidçilərin mövqeyi
"İtaətsizlik" filmi tənqidçilərdən əsasən müsbət rəylər almışdır. Rotten Tomatoes rəy aqqreqatoru 15 tənqidçinin rəyinə əsasən filmi 93% təravətli nəticə və 7.4/10 orta balla qiymətləndirir.[13] Metacritic isə 7 tənqidçinin rəyinə əsasən filmi 81/100 bal "ümumi alqış"la qiymətləndirir.[14]
"Variety" jurnalından Endryu Barker filmə müsbət rəy verərək yazır ki, "İtaətsizlik" "Lelionu arthaus dünyasından çıxara bilməsə də, sənətkarın yaradıcılığında sözsüz ki, növbəti triumfdur."[15] "The Hollywood Reporter"dən Devid Runi filmi müsbət qiymətləndirərək yazır Ki, "Reyçel Vays, Reyçel Makadams və Alessandro Nivola tərəfindən əla oynanılmış melanxolik və romantik sevgi üçbucağı dərindən hiss edilən dramla insanı cəlb edir."[16]
Remove ads
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads